Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Qarabağ qazisi vəfat etdi - QAZAXDA

08:44  |    01 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər

Birinci qrup Qarabağ qazisi, Qazax rayon Qızılhacılı kəndində doğulmuş Məmmədov Kamandar Səlim oğlu vəfat edib.

Bu barədə QAZİLER.AZ saytına mərhumun ailəsindən məlumat veriblər.

K.Məmmədov 1970 ci ildə 8 oktyabrında dünyaya gəlib. 1991-ci ildən Qazax Ərazi Özünü Müdafiə Batalyonunda taborunun tərkibində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib.


Əskipara dərəsində yerləşən Xeyrımlı, Aşağı Əskipara, Yuxarı Əskipara Quşçu Ayrım, Qlzılhaciılı kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, ağır və şərəfli döyüş yolu keçib. 15 may 1992-ci ildə Qızılhacılı kəndi uğrunda gedən döyüşdə düşmən gülləsindən ağır yaralansa da sağalan kimi yenidən səngərə qayıdıb.

1994-cü ildə mühüm kəşfiyyat tapşırığını yerinə yetirib qayıdarkın minaya düşərək ağır yaralanıb ayağını itirib.

Qazax rayon “Qarabağ Əlilləri, Veteranları, Şəhid Ailələri” ictimai birliyinin sədri idi.

Ailəli idi, 2 oğulu, bir nəvəsi var.

“Qarabağ qaziləri”, “Qarabağ Əlillərinə Qayğı” birliklərinin, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf” Fondunun və QAZİLER.AZ saytının kollektivi Kamandar Məmmədovun vəfatından kədərləndiyini bildirir, Qazimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
“Bir neçə bank bağlana bilər” - EKSPERT
16.07.2020
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
16.07.2020
Təbrizdən Azərbaycana dəstək - "Qarabağ bizimdir!" - VİDEO
16.07.2020
Səkkiz il övlad arzulayan gizirimizin şəhid olandan iki gün sonra qızı dünyaya gəldi
16.07.2020
Şəhidimiz torpağa tapşırıldı - FOTO