Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədi rayonlarında vətəndaşlarla görüşəcəklər

21:37  |    30 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədi rayonlarında vətəndaşlarla görüşəcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edəcək.

Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Bərdə rayonunda, Mətin Kərimli isə Ağcabədidə Ağcabədi və Laçın rayonlarının vətəndaşları ilə görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq oktyabrın 9-dək qəbula yazıla bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub