Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Mixail Saakaşvili 27 rayon rəhbərindən 24-nü istefaya göndərir

13:00  |    03 İyun 2015  |   E-mail  |  Çapa göndər

Ukraynanın Odessa vilayətinin yeni qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bölgə hakimiyyətini tamamilə yeniləməyi planlaşdırır və 27 rayon rəhbərindən 24-nü istefaya göndərmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvili “Rustavi-2” telekanalının efirində bildirib.

“Vilayət cəmi 27 rayondan ibarətdir. Üç rayonun rəhbəri yeni təyin edilib, qalan 24 rəhbəri dərhal işdən azad edirik, daha doğrusu müsabiqənin yekunlarına əsasən yeni komanda formalaşdırırıq. Mən tək Odessa üzrə yox, ümumilikdə bütün Ukrayna üzrə müsabiqə elan edəcəm. Bu qurumlarda, həmçinin, milis orqanlarında islahatlar çox vacibdir, çünki kriminal burada hər şeyi ələ keçirib”, deyə Saakaşvili qeyd edib.

Eks-prezident qeyd edib ki, hər kimsə zəng edib ondan hər-hansı məmurun vəzifədə qalmasını xahiş edəndə, o ilk növbədə həmin məmuru istefaya göndərir.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftə Saakaşviliyə Ukrayna vətəndaşlığı verərək onu Odessa vilayətinin qubernatoru təyin edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi
14.11.2019
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib- SİYAHI
14.11.2019
Rəcəb Tayyib Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq
14.11.2019
Müdafiə naziri Rusiyanı düşmən adlandırdı
14.11.2019
Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb