Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6877

Digər sorğular

Deputat da Mirşahinin Fədayə Laçınla bağlı çağırışına QOŞULDU

13:23  |    26 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb.

Telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib.

“Siyasi məhbuslara xəyanəti bağışladıq, Fədaəyə Laçına da bəlkə sədaqətini bağışlayaq”,-deyə Mirşahin bildirib.

Mirşahin Ağayevin Fədayə Laçının həbsdən azad olunması üçün irəli sürdüyü təklif nəzərə alına bilərmi?

Mövzuyla bağlı Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az-a danışıb.

“Nə ki, nəzərə alına bilər, o nəzərə alınmalıdır. Fədayə Laçın Azərbaycan musiqi sənətinin həyatında tanınan şəxslərdən biri olub. Qadındır, səhv edib, günahı olub, cinayət törədib, amma bağışlamaq böyüklükdür. Onun bağışlanması mümkündür. Belə hesab edirəm ki, ona qanunun imkan verdiyi həddə hansısa bir cəza tətbiq etməklə hökümünü təxirə salıb azadlığa buraxmaq olar”.

Çingiz Qənizadə də Fədayə Laçın üçün yaradılan kampaniyaya qoşulduğunu bildirib.

“Mirşahinin və sənətçilərimizin çağırışına mən də qoşuluram və Fədayə Laçının azad olunmasını arzu edirəm. Belə hesab edirəm ki, bu istintaq və məhkəmə altında həbsdə qalması artıq ona və başqalarına kifaəyət qədər dərs oldu ki, bu cür xoşagəlməz hallara imkan vermək olmaz. Buna görə də mən Fədayə xanımın azadlığa çıxmasını arzulayıram”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
“Yeni mədəniyyət nazirinə sözüm olacaq...”
23.05.2020
İcra başçıları niyə padşaha çevrilir?
23.05.2020
Milyarder Əhmədov Mənsimov haqqında: "Ona dəstək verən adamlara qarşı getdi..."
22.05.2020
Ana dilində danışa bilməyən məmurlar…
21.05.2020
26 dəfə Həcc ziyarətinə gedib, amma zalıma “dur” demək istəmir...