Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Vurğun Əyyub ilə vida mərasimi keçirilir - FOTOLAR

16:14  |    24 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün günorta saatlarında vəfat edən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sabiq sədri, ADR Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubla vida mərasimi keçirilir.

Mərhumun Xətai rayonu, İlqar Zülfüqarov küçəsindəki mənzilinin qarşısına onun əqidə dostları, hərəkat yoldaşları və tanınmış simalar toplaşıblar. V.Əyyub Hövsandakı "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq.

Mərasimdə hərəkat yoldaşları onunla bağlı xatirələrini danışdılar

Sabiq təhsil naziri Firudin Cəlilov: "Dəyərli bir ziyalını itirdik. Ona testin vurğunu deyirdik. Onun ölümü mənəvi deyil, cismani ölümdür. Tanrı onun ruhunu şad eləsin. Hər kəs ona öz haqqını halal etsin. Şəxsən mən halal edirəm".

Xalq şairi Sabir Rüstəmxanlı: "O dünyadan çox rahat getdi. Sosial mediada ona olan əsl sevgini gördük. Bunun özü insanın həyatda qazandığı ən böyük xalq sevgisidir. Xalq hərəkatında olanların hər birinə qohum kimi baxıram. Vurğun bəy o insanlardan biridir. O Azərbaycanda gənclərimiz üçün test üsulunun irəliyə getməsində böyük xidmətləri olan şəxsdir. Onun adı daim qəlblərimizdə yaşayacaq".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: "Vurğun bəy xalq hərəkatının öncüllərindən biri idi. Hərəkatın inkişafında böyük rolu olub. O, bir il vəzifədə oldu və bu müddətdə inqilaba bərabər işlər gördü. Təhsildə ilk dəfə rüşvətin qarşısını aldı. Cəmiyyətdə hər zaman xatırlanacağına əminəm. Xəstəlikdən əziyyət çəkdi. Allahın qismətidir. Onu hər zaman hörmətlə cəmiyyət xatırlayacaq. Buna əminəm".

Sabiq baş prokuror, Ədalət partiyasının sədri İlyas Ismayılov: "Onun həyatdan vaxtsız getməsinə çox təəssüflənirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı
13.11.2019
İnam Kərimov iki direktoru işdən çıxarıb