Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Ekspert deputatlardan xahiş etdi: “Rüsumları artırmayın!”

11:14  |    24 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


"Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram".

Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. O, xatırladıb ki, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:

"Bunlar texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi, texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi, texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması və bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir. Düşünürəm ki, proqramda nəzərdə tutulan sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır. Rüsumların az və ya çox olması məsələsinəyalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər".

Ekspert Milli Məclisin deputatlarından xahiş edib ki, rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub