Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6877

Digər sorğular

Ruhani: İran bütün qonşulara dostluq əlini uzadır

19:45  |    22 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


İran İslam Respublikası bütün qonşulara dostluq əlini uzadır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda keçirilən İran Silahlı Qüvvələrinin hərbi paradında etdiyi çıxışında deyib.

H.Ruhaninin sözlərinə görə, regionun təhlükəsizliyini region daxilində təmin etmək lazımdır: “Regiondan kənar dövlətlər təhlükəsizlik istəyirlərsə, bu regiondan çıxmalıdırlar”.

İran prezidenti əlavə edib ki, İran region ölkələrinin əməkdaşlığı ilə Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində təhlükəsizliyi yaradacaq.

Qeyd edək ki, bu gün İranın paytaxtı Tehran və 30 vilayətində İranın bütün silahlı qüvvələrinin iştirakı ilə “Müqəddəs Müdafiə Həftəsi” münasibəti ilə hərbi parad keçirilir. Hərbi paraddan əlavə bir sıra silah, sursat və hərbi avadanlıqlar nümayiş etdirilir.

İran və İraq arasında 8 illik müharibənin ilk həftəsini anmaq üçün İran təqvimində “Müqəddəs Müdafiə Həftəsi” qeyd edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2020
Moskvada küçənin ortasında iki qruplaşma arasında atışma olub - VİDEO
24.05.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatdı
24.05.2020
ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video
24.05.2020
İranda zəlzələ zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - 2
24.05.2020
Kadırov müəmması davam edir – Video