Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6877

Digər sorğular

Millət vəkili borca görə deputat vəsiqəsini girov qoydu

13:47  |    20 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili borca görə deputat vəsiqəsini girov qoydu

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Report xəbər verir ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
“Yeni mədəniyyət nazirinə sözüm olacaq...”
23.05.2020
İcra başçıları niyə padşaha çevrilir?
23.05.2020
Milyarder Əhmədov Mənsimov haqqında: "Ona dəstək verən adamlara qarşı getdi..."
22.05.2020
Ana dilində danışa bilməyən məmurlar…
21.05.2020
26 dəfə Həcc ziyarətinə gedib, amma zalıma “dur” demək istəmir...