Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb

22:31  |    19 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 19-da Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin müdir müavini Monika Lehnhardı qəbul edib.

Dövlət Komitəsinin Mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, R.Rzayev Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Almaniyalı diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib, bu humanitar fəlakətin fəsadları və onların aradan qaldırılması üçün dövlətimizin və hökumətimizin gördüyü tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü və davamlı iş aparılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunurlar. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.

Azərbaycanda alman irsinə xüsusi diqqət göstərildiyini bildirən Dövlət Komitəsinin sədri bu amillərin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təsir göstərdiyini söyləyib. R.Rzayev Almaniyanın beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünübildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən almaniyalı diplomat Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışıb.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq də iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Əkrəm İmamoğlu: “Azərbaycan xalqına neçə belə azad illər arzulayıram”
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
17.10.2019
Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib
16.10.2019
Türkdilli dövlətlərin Bakı zirvəsində mühüm mesajlar
15.10.2019
Bakıda Nazarbayevə Türk Dünyasının Ali Ordeni verilib