Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Putin silah ticarətindən milyardlar qazanır

12:39  |    18 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiya isə silah bazarında Britaniyanı sıxışdıraraq, ikinci yerə sahib olub və illik gəliri 40 milyard dollara qədər yüksəlib...

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə sentyabrın 13-dən 14-nə keçən gecə edilən dron hücumları fonunda bu ölkəyə S-400 və ya S-300 zenit raket kompleksləri sistemlərini almağı təklif edib.

Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumla bağlı suala cavab verən Rusiya prezidenti müqəddəs Qurani-Kərimdən sitat gətirib: “Müqəddəs Quranda öz ailəni qorumaqdan başqa, hər cür zorakılığın qəbuledilməzliyindən danışılır. Ona görə də öz ailəsini, ölkəsini qorumaq üçün biz Səudiyyə Ərəbistanına müvafiq yardımı göstərməyə hazırıq”.

Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi müdrik dövlət qərarı vermək üçün yetərlidir ki, İran kimi S-300 və ya Türkiyə hakimiyyəti kimi S-400 alsın: “Bu silahlar Səudiyyə Ərəbistanın hər hansı infranstruktur obyektini etibarlı qoruyacaq”.

Politoloq Əhəd Məmmədli: “Səudiyyə Ərəbistanının düşdüyü çətin vəziyyətdən Rusiya maksimum istifadə edib, həm silahlarını bu ölkəyə satmaq istəyir, həm də çalışır ki, ərəblər onlara husilərlə bağlı xahiş-minnət etsinlər. Xahiş-minnət isə ondan ibarətdir ki, Rusiya İrana söyləsin ki, satelliti husilərin Ərəbistan neft buruqlarına, gəmilərinə, aerodomlarına hücumlarını dayandırsın. Belə olan halda ərəb küçəsində Moskvanın avtoriteti SSRİ dövrlərində olduğu kimi birə-beş artacaq. Kreml də bunu bilməmiş deyil. Ona görə də fürsətdən maksimum istifadə edir. Putinin Quran ayəsindən sitatlar söyləməsi əsasən Ərdoğana edilən bir jest idi. Rusiyanın dünyaya qaz, neft və araqdan sonra əsas ixracı silah satışıdır. Burada təəccüblü heç nə yoxdur. Rusların ən gözəl bacardığı iş araq içmək və silah satmaqdır. Və onlar üçün maraqlı deyil ki, silahı kimə satırlar. Silah satışı ilə Rusiya Səudiyyədən həm maliyyə əldə etmək, həm də yeni bazara çıxmaq istəyir. Bunun siyasi tərəflərini də yuxarıda qeyd etdim. S-300 və S-400 raket komplekslərini Kreml daha geniş areala təqdim etmək istəyir. Bunun üçün də Səudiyyədən yağlı müştəri tapmaq çətindir. Yəni Putinin S-300 və S-400 mesajının həm siyasi, həm də ticari çalarları var. Həm də Putin bununla Amerikaya acıq vermək və zərbə vurmaq istəyir. Türkiyədən sonra Səudiyyə də Rusiyadan S-400 alsa, bu, Moskvanın Vaşinqton üzərində növbəti uğuru olacaq. Putin də bunu istəyir. Bunun həyata keçməsi üçün də husilər və İrandan Riyada qarşı təzyiq formasında istifadə edir. Düzdür, husilərə Səudiyyəni vuran raketləri İranın və ya Amerikanın verməsi artıq başqa mövzunun söhbətidir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli gedən ssenarilərdən söz açdı: “Bu bizə başqa bir oxşar ssenarini xatırladır. Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra iki fərqli cəbhədəki ölkə bu gün ən yaxın hərbi müttəfiq oldu, yəni Türkiyə və Rusiya. Yekunda Türkiyə tamamilə də olmasa, böyük bir miqyasda NATO-dan, ABŞ-dan qopdu və S-400-lər aldı. Artıq Akkuyu Atom Stansiyası bitmək üzrədir. Eyni ssenari Səudiyyədə də gedə bilər və Rusiya bunu çox istəyir, həm OPEK nəzərindən, həm ABŞ-ın müttəfiqi kimi, həm də Yaxın Şərqdəki gücü əldə etmək kimi...

Əsas sual budur ki, bəs Səudiyyə özü bunu istəyirmi? İkinci sual isə budur ki, niyə məhz indi belə bir təklif? Hamımız bilirik ki, Səudiyyəni çıxılmaz duruma salan husi şiələridir. Yəmən cəbhəsini İran, onu isə Rusiya idarə edir. Özü də Səudiyyəni ürəyindən, yəni neft sahəsindən vurmaları da Rusiyanın çoxtərəfli gedişidir və bu qambiti Qurandan sitat gətirib. Tamamlamasında da məntiq odur ki, artıq Kral ailəsi seçim etməlidir. Putin əyani olaraq hadisələr üzərindən Səudiyyəyə-dilemma qarşısındakı rejimə elə sözün hər mənasında ”ayı xidməti" göstərir. Rusiya dünya silah bazarında hər il payını artırır. 100 silah firmasının 57-si ABŞ-a aiddir. 2017-ci ildə 226 milyard dollar gəlir əldə edib. Rusiya isə silah bazarında müvafiq ildə Britaniyanı sıxışdıraraq, ikinci yerə sahib oldu və illik gəliri 40 milyard dollara qədər yüksəldi. Rusiyanın Səudiyyəyə yönəlik silah satışının arxa məqsədi ona silah sataraq asılı vəziyyətə salmaq, müttəfiqi ABŞ-dan uzaqlaşdırmaq və bölgəyə - neft səltənətinə yerləşməkdir".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia
14.10.2019
Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 550-yə çatıb
14.10.2019
Suriya əməliyyatının 5-ci günü - Türkiyəyə böyük dəstək
13.10.2019
Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib