Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6720

Digər sorğular

Nazir Elinanın oxuduğu məktəbə YENİ DİREKTOR TƏYİN ETDİ

14:29  |    17 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.

A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda həmin iş üzrə məhkəmə keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - QƏRAR
26.02.2020
Baş Nazir məktəblərdə tədris ilinin müddətini təsdiqlədi - QƏRAR
24.02.2020
BDU-nun kafedra müdiri vəfat edib
23.02.2020
Magistraturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
23.02.2020
Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir