Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO

21:45  |    16 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Türkiyə, Rusiya və İran dövlət başçılarının Ankarada Çankaya kompleksində Suriya Zirvə görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, Suriya mövzusunda 2017-ci ildən bəri keçirilən beşinci ən yüksək Zirvə görüşüdür. Astana formatında keçirilən bu Zirvə görüşünün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır.

Ərdoğan bildirib ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb və problemin həlli üçün qarşılıqlı razılaşma əldə etməklə bağlı 3 ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var: “Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, ərazidə sülhün qorunması və münaqişənin daimi siyasi həlli ilə bağlı tam razılığımız var. Astana platforması Suriyadakı təhlükəni aradan qaldıracaq yeganə təşəbbüsdür. İnanıram ki, Ankara Zirvəsi Astana platformasını daha da qüvvətləndirəcək. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında olub və yenə də olacaq”.

İran Prezidenti Həsən Ruhani deyib ki, İran, Rusiya və Türkiyə olaraq 3 ölkənin ən əhəmiyyətli gündəmi Suriya böhranının sülh yolu ilə həll edilməsidir: “Qaçqınların torpaqlarına geri dönməsi, humanitar dəstəklərin artırılması və Suriyanın yenidən bərpası istiqamətində təşəbbüsləri qiymətləndiririk. Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. ABŞ verdiyi sözə əməl etməli və qoşunlarını geri çəkməlidir”.

Rusiya Prezidenti Vladimir Putin də Astana platformasının Suriya probleminin həllində ən önəmli sənəd olduğunu deyib. Görüşün əhəmiyyətindən bəhs edən Vladimir Putin qeyd edib ki, hər 3 ölkənin birgə səyləri nəticəsində Suriya əraisində sabitliyə cəhdlər olur və bölgədə zorakılıq səviyyəsi aşağı enib: “Suriyada sülh şəraiti yaratmaq böyük əhəmiyyət kəsb edir. İnanıram ki, razılaşmamız daimi bir həll yoluna töhfə verəcək”.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhaninin ikitərəfli və liderlərin heyətlərlə birgə görüşü keçirilib.

Ankaraya gözləndiyi vaxtdan 45 dəqiqə gec gələn Rusiya prezidenti Vladimir Putinlə də Rəcəb Tayyib Ərdoğanın təkbətək və heyətlərarası görüşü olub.

Eləcə də Rusiya və İran dövlət başçıları təkbətək və heyətləri ilə bir araya gəliblər.

Zirvə toplantısından öncə ölkə başçıları birgə ailə fotosu çəkdiriblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən görüşdən videogörüntünü təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
YPG-li terrorçular Rusiya bayrağı altına sığındı - VİDEO
18.10.2019
Ərdoğan Trampa “Twitter”də belə cavab verdi
18.10.2019
Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan var
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte