Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO

22:38  |    16 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Bir zamanlar oralarda da Bilik günü qeyd olunardı.

İndiki kimi 15 sentyabrda olmasa da, 1 sentyabrda bütün Qarabağ məktəbləşərdi; sinif otağına, məktəb dəhlizlərinə çevrilərdi.

Çünki Qarabağın əsl ruhunu özündə daşıyan el ağsaqqalları müəllimlər, bulaqsulu gözlərinə sevinclə təşvişi bir araya yığan şagirdlər o dəhlizlərə, o sinif otaqlarına elə Qarabağın özünü gətirərdilər....

Qarabağ yaylaqdan sinif otaqlarına köçərdi...

O yurdun, o elin bulaqgözlü insanları üçün bəlkə də Bilik günü elə bu köçün özü idi...

Kiçik video çarx... Gözlərimizin önündə Qarabağın ayrı-ayrı yerlərində-Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda... ilk dərs günü çəkilən fotolar canlanır... Ağ-qara fotolardan boylanır bizə Qarabağ... Ağ-qara içindən hopub, Qarabağın özü boyda böyüyür bir ağrı...

Bir zamanların ən bəxtəvər insanlarının ilk dərs günündə çəkdirdiyi fotolardakı gülüşlər indi onlardan çox inciyib. Həmin gülüşlər o fotolardan çıxıb Qarabağ boyda ağrılaşır.

Aralarında sağ qalanları da var, dünyalarını dəyişənləri də... Qarabağlaşan ağrı həmin fotoların “sağ övladlarının gözlərinə dolur, ruhuna hopur...

Ağ-qara fotoların övladları indi böyüyüb, ağ-qara saçlı dəstələrə ayrılıblar... Amma hamısı indi də bir yerdə oxuyurlar: Vətənsizlik məktəbinin, yurdsuzluq dərdinin 26-cı sinfində...

Bu “məktəb”dəki imtahanın ağırlığı nə boydadır, bunu ancaq 26 ildir ki, eyni sinifdə oxuyanlar deyə bilərlər...

“Bu qədər də sinifdə qalmaqmı olar?” deyib, səbirsizliklə məzun olacaqları günlərini gözləyirlər...

Reallıq da budur ki, onlar artıq 26 ildir (bəziləri 27 il) bu sinifdədirlər... Başqalarından fərqi olaraq onların “Bilik günləri” ildə bir neçə dəfə olur...

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Rusiya XİN: Məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər tezləşdirməkdir
17.10.2019
"Qarabağ Azərbaycandır!" fləşmobu hazırlandı - VİDEO
17.10.2019
Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb
17.10.2019
Mariya Zaxarova Azərbaycanın Rusiyaya nota verməsinə münasibət bildirib
17.10.2019
Erməni “səhra komandiri”nin muxtariyyət iddiasına Bakıdan reaksiyalar