Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6877

Digər sorğular

Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

12:12  |    16 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Quba rayonunda baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.

Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.
Daha sonda çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib ki, prezidentin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində sahibkarlara bütün sahələrdə dəstək göstərilir. Bu dəstəyin bir forması da qanunvericilik ilə sahibkarlara əlavə güzəştlərin verilməsindən ibarədir.

Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb.

Müvəkkil Hüquq Mərkəzi ictimai birliyi
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2020
Deputatdan xahiş: “Naxçıvana reyslər bərpa edilsin - Oğul atasının yasına gedə bilmir”
24.05.2020
Dörd dəfə həyatına qəsd edilən KATİB - Bir qətlin TARİXÇƏSİ
24.05.2020
Sabahın HAVA PROQNOZU
24.05.2020
Xəzərdə dalğanın hündürlüyü 6.6 metrə çatıb - FAKTİKİ HAVA
24.05.2020
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi