Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)

14:50  |    15 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanın Daxili İşlər Nazirliyi ən aktiv "qanuni oğru"ların siyahısını açıqlayıb.

Milli.az bildirir ki, siyahıda 432 nəfərin adı var.

Onların 318 nəfəri azadlıqdadır. 114 "qanuni oğru" həbsdə, 31 nəfər - istintaqda, 19 nəfər axtarışdadır.

"Qanuni oğru"ların sayına görə Rusiyada "lider" mövqeni gürcülər tuturlar. Belə ki, 242 gürcü "qanuni oğru" var. İkinxi yerdə 41 "oğru" ilə ruslar, 3-cü yerdə 30 nəfərlə ermənilər, 4-cü yerdə 26 nəfərlə yezidi kürdlər, 5-ci yerdə 16 "oğru" ilə azərbaycanlılardır.

Rusiyadakı məşhur "qanuni oğru"lar arasında 10 abxaz, 8 çeçen, 7 yəhudi var.

Rusiya ilə yanaşı, Ukraynanın DİN-i ən nüfuzlu və təhlükəli "qanuni oğru" qismində "Quli" ləqəbli Nadir Səlifovu görürlər.

Məşhur azərbaycanlı "lotular" arasında lider "Lotu Quli" ləqəbli Nadir Səlifovdur.

Siyahıda onun qardaşı, "Namiq Bakinski" ləqəbli Namiq Səlifov da var.

Hacıbaba Talıbxanlı ("Hacı Beylaqanski"), Yunis Nəzərov ("Yunis Bakinski"), Arif Mehdiyev ("Arif Sumqayitski"), Vaqif Süleymanov ("Vaqif Diplomat"), İlqar Əliyev, Cavid Məmmədov ("Dato Aqdjabedinski"), Taleh Dağlıyev ("Tolik Noqinski"), Emin Əhmədov ("Emin Qadjibaqulski"), Rüfət Əmirov ("Rafet Alibayramlinski"), Rəşad İsmayılov ("Raşad Qyandjinski"), Əli Heydərov ("Albert Rıjiy"), Yusif Əliyev ("Yusif Şamxorski"), Zaur Şipilov ("Zaur Naxçıvanski") və Ülfət Tağıyevin ("Rufat Qyandjinski") də adları yer alıb.

Onlardan İlqar Əliyev, Tale Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiyada həbsdədir. Yunis Nəzərov Özbəkistanda yaşayır. "Lotu Quli" və Rüfət Əmirov Rusiyanın müraciəti ilə İnterpol axtarışında olsalar da, Türkiyədə yaşayırlar. Cavid Məmmədhov uzun müddətdən bəri Ukraynada yaşayır.

Azərbaycanlı "lotu"ların əksəriyyətinin Rusiya vətəndaşlığı var.

Onların arasında ən zənginlər Nadir Səlifov, Yusif Əliyev, Vaqif Süleymanov, Əli Heylərov və Rəşad İsmayılovdur. Bu "qanuni oğrular" dollar milyarderləridir.

Arif Mehdiyev və Yunis Nəzərovun isə mal-mülkü və varidatı yoxdur.

"Lotu Quli"nin gəlir mənbəyi Rusiyadakı ticarət obyektlərindən alınan xərac və zəngin iş adamlarını girov götürərək pul müqabilində azad etməkdir.

Məsələn, o, Ukraynada qaçırılmış hər iş adamına görə orta hesabla 5 milyon dollar məbləğində pul alır. Özü də dollarla yox, bitkoynla.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Deputat Xəzərə görə məmurların hasarının sökülməsini istəyir
18.10.2019
İlham Əliyev xalq artistinə möhtəşəm ev bağışladı
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür