Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Hakerlər Sorosun Poroşenko ilə yazışmalarını ələ keçirdilər

20:40  |    02 İyun 2015  |   E-mail  |  Çapa göndər

"Kiberberkut" hakerlər qrupu Corc Sorosun Ukrayna hakimiyyəti, həmçinin prezident Pyotr Poroşenko ilə yazışmalarını yayıb.

Lent.az-ın sputnik.az-a istinadən xəbərinə görə, hakerlərin verdiyi məlumata əsasən, amerikalı milyarder Corc Soros öz məktubunda yazıb: Ukraynaya öldürücü silahlar və təlimçilər göndərilməlidir ki, Ukrayna hərbçiləri onlarla xaricdəki hərbi bazalarda məşq edə bilsinlər.

"Kiberberkut"un məlumatına əsasən, Soros öz məktubunda əmin olduğunu bildirib ki, ABŞ Ukraynaya öldürücü silahlar göndərməlidir və Ukrayna hərbçiləri onlarla xaricdə, məsələn, Rumıniya ərazisində gizlicə təlimlər keçməlidirlər.

Hakerlərin istinad etdikləri sənədlərdə Soros həmçinin bildirir ki, amerikalı general Uesli Klark və polşalı general Valdemar Skşipçak Pyotr Poroşenkoya Minsk anlaşmasının şərtlərinə uyğun olaraq Ukrayna ordusunun hərbi hazırlığını bərpa etməyə kömək göstərməlidirlər.
Soros hakerlərin yaydığı yazışmada Avropa Komissiyasının Ukraynaya illik 1 milyard dollar yardım etməli olduğunu vurğulayıb. "Yeni Ukrayna sözün həqiqi mənasında iflasın astanasındadır."- deyə milyarder bildirib.
Corc Soros — amerikalı maliyyəçi, eyni adlı xeyriyyə fondunun qurucusu və rəhbəri, müxtəlif dövlətlərdə hakimiyyətlərin dəyişdirilməsinin təşkilində və ya buna yardım göstərməkdə günahlandırılır. Sorosun pulları Ukraynada 2004-cü ildə birinci "narıncı inqilab"ın, 2013-cü ildə də Avromeydan hərəkatının baş tutmasına yardım edib. Maliyyəçi özü bunu inkar etmir və hələ də baş verən hadisələrdə öz rolunu oynayır.

O, kəskin Antirusiya mövqeyindən çıxış edir. Soros Avropa Birliyi ölkələrini yuxudan oyanmağa və özlərini birbaşa olmasa da dolayısıyla müharibəyə cəlb olunmuş dövlət kimi aparmağa çağırıb.

Corc Soros Kiyev hakimiyyətini və onun yaxınlarını "İntibah" fondu vasitəsilə maliyyələşdirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Erməni terrorçunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib - FOTOLAR
08.07.2020
Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib - FOTO
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA