Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6720

Digər sorğular

Dövlət Məşğulluq Xidməti məcburi köçkünlərə səyyar xidmət göstərdi

22:34  |    14 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Nəsimi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Məşğulluq Mərkəzlərinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib.

Qaziler.az-a bildirilib ki, səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Səyyar xidmət zamanı məcburi köçkünlərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Daha sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Bakıda azyaşlı 7-ci mərtəbədən yıxılıb
26.02.2020
Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü
26.02.2020
Xocalı şəhidlərinin anma mərasimi Türkiyə mediasında işıqlandırılıb - VİDEO
25.02.2020
Xırdalanda 10-cu sinif şagirdi intihar etdi
24.02.2020
Çin lideri koronavirusla bağlı çağırış etdi: “Epidemiya rəhmsizdir”