Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

“Rəşad Atakişiyevə şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi

18:41  |    12 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər

“Rəşad Atakişiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Buna görə də ona şəhidlik statusu verilməlidir”

Bunu Azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, mərhum pilotun ailəsi dövlətdən bununla bağlı müvafiq addımların atılmasını gözləyir: “Adətən istintaq işi yekunlaşdıqdan və qəti qərar qəbul edildikdən sonra təltif edilmə həyata keçirilir. Rəşad döyüş şəraitinə yaxınlaşdırılmış taktiki hərəkəti yerinə yetirərkən həlak olduğuna görə təltif olunmalıdır. Hərbi Hava Qüvvələrinin komandanlığı bununla bağlı təşəbbüs irəli sürməlidir. Şəhidlik zirvəsinin ona verilməsi ilə bağlı şübhəmiz yoxdur”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Milli Qəhrəman ailəsinə üçotaqlı mənzil verilib
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib