Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara obyekt aldı (FOTOLAR)

14:32  |    12 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Milli Məclisin deputatı, "Karat Holdinq"in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı "İstoçnik" sanatoriyalarının ardınca Kislovodskdakı köhnə "Voronej" sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.

Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Təsisçiləri Əsabil Qasımovun "Karmen" MMC (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО "АГРОС”, 2 000 rubl və ya 20%).
"Voronej" sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.

"100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər" deyə jurnalist qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
"Mənə 3 güllə vurdu" - iş adamını öldürməkdə suçlanan çempionun ilginc ifadəsi
23.09.2019
Bakının 10 aydır başçısız qalan rayonu - müəmma davam edir...
23.09.2019
Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - FOTO - VİDEO
23.09.2019
Sabah Azərbaycanda 28 dərəcə isti olacaq
23.09.2019
Mənzil fırıldağına məruz qalan Qarabağ qazisi kömək istəyir