Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm

20:16  |    11 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılarından hesab edilən Dastin Porye irlandiyalı Konor Makqreqor ilə revanş döyüşü keçirmək istəyir.

Axar.az xəbər verir ki, amerikalı idmançı bu barədə Tvitter hesabında bildirib.

“Düşünürəm, indi mənimlə Konor arasında revanş qarşılaşması olmalıdır”, - deyə D.Porye yazıb.

İdmançılar 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Həmin döyüşdə K.Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə D.Porye Rusiya təmsilçisi Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətdən sonra UFC-nin müvəqqəti çempionu titulundan məhrum olub.

D.Porye aprelin 14-də həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və müvəqqəti çempion titulunu qazanıb. Otuz yaşlı D.Poryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO
20.09.2019
Hacı Əliyev dünya çempionatındakı qalmaqaldan danışdı: "Arxamca 5-6 nəfər fırlanır..."
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edilib
19.09.2019
Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal: haqsızlıqla barışmadı...
18.09.2019
Stadnik ikinci dəfə dünya çempionu oldu