Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Qənirə Paşayevanın yazıları xarici mediada – Foto

19:09  |    11 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Son günlər qardaş ölkə və topluluqların bir sıra media orqanlarında millət vəkili professor Qənirə Paşayevanın fikirləri əsasında Azərbaycan həqi­qət­lərini özündə ehtiva edən müxtəlif janrlı materiallar yer alıb.

Qaziler.az xəbər verir ki, Qazaxıstanın “Bilim Tayms” jurnalı, Özbəkistanın “Kitab Dünyası” qəzeti, Başqırdıstanın “Başqurd qızı” jurnalı və Tatarıstanın bir sıra aparıcı media orqanlarında son aylar respublikamıza səfər etmiş yazarların təəssüratları, onların tərcümələri əsasında Qa­rabağla, ümumilikdə Azərbaycan həqiqətləri ilə bağlı fikirlər geniş işıqlandırılıb.

“Bilim Tayms” jurnalının baş yazı yerində millət vəkilinin Qarabağ mövzusunda qələmə aldığı “İtirdiyim xoşbəxtlik” hekayəsinin qazaxcaya uyğunlaşdırması verilib. Hekayəni istedadlı qazax gənc ədibi Erkin­bek Serikbay uyğunlaşdırıb.

Özbəkistanın “Kitab Dünyası” qəzetində tanınmış özbək şairi Həlimə Əhmədovanın millət vəkilinin özbəkcəyə uyğunlaşdırılaraq “Kitab Dünyası”nda çap edilmiş şeirləri haqqında təhlil yazısı yayımlanıb.

“Başqurdistan qızı”nın baş redaktoru Gülnaz Kutuyeva istər sosial mediada, istərsə də, jurnalda öz ürək sözlərini yayınlayıb, habelə millət vəkilinin siyasi, elmi və ədəbi fəaliy­yəti haqqında ətraflı məlumat verib.

Avqustda millət vəkili Q.Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olmuş Tatarıstanın Xalq şairi, millət vəkili, Dövlət Mükafatı laureatı Razil Vəliyev aparıcı tatar media orqanlarında yer alan müsahibə və məqalələrində Azərbaycanla bağlı zəngin təəssüratlarını ifadə edib.

Sözügedən materiallarda ölkəmiz, mədəniyyətimiz, ədəbiyyatımız, özəlliklə, xalqımızın cəlb olunduğu elan olunmamış müharibənin nəticələri haqqında fikirlər yer alıb. Hər birinin özünəməxsus oxucu auditoriyası olan bu media orqanlarının diqqətini Azərbaycana fokuslaması, qarşı dönəmdə qardaş dillərdə çıxacaq“Qarabağ heka­yə­ləri” üzərində iş getməsi diqqətəlayiq hadisədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb