Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

15:12  |    11 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulanıb. Eyni zamanda Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirilib.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

*** 13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb