Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Dilqəmlə Şahbaz 3 erməni əsirlə dəyişdirilsin - TƏKLİF

12:56  |    10 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Üç gün öncə Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi prosesi baş tutub. İki ölkə girovları "hamının hamıya" prinsipi ilə dəyişdi.

Nəticədə 35 Ukrayna və 35 Rusiya vətəndaşı azadlığa qovuşdu. Bəs görəsən "hamının hamıya" prinsipindən faydalanaraq Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlər – Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas ” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib.

““Girovların dəyişdirilməsinin Rusiya ilə Ukrayna arasında sülhə dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib”.

Elxan Şahinoğlu bildirib ki, Paşinyana öz təklifi ilə cavab vermək lazımdır.

“Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa, yaradıcı yanaşma ortaya qoyaraq, Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu statusuna istinad edərək, Dağlıq Qarabağdakı 2 azərbaycanlı girovun bizim əlimizdə olan Ermənistan vətəndaşlarına dəyişdirilməsini İrəvana təklif edək”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
BQXK cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub