Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Sami Yusifdən misilsiz ifa: Nəsiminin “Sığmazam” qəzəli... - VİDEO

11:23  |    10 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb.

“Report” xəbər verir ki, kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

Müğənnini azərbaycanlı muğam ifaçısı Təyyar Bayramov və aşıq Samirə müşayiət edib.

Ekran işinin yaradıcı prodüseri və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami Yusuf özü edib.

Kompazisiya böyük maraqla qarşılanıb. Youtube.com portalında yerləşdirilən videoya 15 saat ərzində 100 mindən çox baxış olub.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan azərbaycanlı Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”