Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Qarabağ danışıqlarının “donu” payızda açılacaq?

16:45  |    10 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


İşğalçıya konkret vaxt verməyin zamanı çatıb; iki paytaxtdan işğalçıya növbəti ortaq xəbərdarlıq; politoloq: “Bakı Paşinyana təklif edə bilər ki...”

Qarabağ danışıqlarında durğunluğun daha nə qədər sürəcəyi hələ ki bəlli deyil. Görünən budur ki, işğalçı ölkəyə, eləcə də həmsədr dövlətlərə danışıqlardan çox, danışıqların imitasiyası sərf edir. Ermənistan rəhbərliyinin mövqeyi isə konfliktin dinc yolla həllində ən kövrək irəliləyiş ehtimalını belə istisna edir. Sövq-təbii müharibə variantı öz ciddiliyini saxlamaqdadır. Təbii ki, mövcud riskli durumu radikal ritorikadan əl çəkməyən işğalçı tərəf də fərq etməyə bilməz.

Hər necə olmasa, İrəvanda nəticəsiz danışıqların, süni surətdə uzadılan atəşkəs rejiminin yeganə alternativinin müharibə olduğunu bilməmiş deyillər. Odur ki, ara-sıra düşmən tərəfdən şablon bəyanatlar da eşidilir. Başqa sözlə, Ermənistan iqtidarı bir yandan dinc nizamlama prosesini tormozlamaq siyasəti aparırsa, digər yandan, özünü dünyaya sülh carçısı kimi göstərməyə, Qarabağla bağlı danışıqlarda real irəliləyişə məhz Bakının mövqeyinin əngəl olduğunu sübut etməyə səy edir - həm də uğursuzcasına.

*****

“Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək”. Bu sözləri ötən həftəsonu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Bir sıra ekspertlərə, o cümlədən politoloq Tofiq Zülfüqarova görə, belə bir görüş BMT-nin Baş Məclisinin gələn həftə başlayacaq növbəti illik toplantısında həqiqətən baş tuta bilər. “Bu da danışıqların öz axarı ilə davam etdirilməsini göstərmək məqsədilə ediləcək”, - deyə o qeyd edib.

Yəni yenə görüntü məsələsi. Belə təəssürat yaranır ki, bu görüntüdə indi hamı maraqlıdır, təkcə Azərbaycandan savayı. Çünki əraziləri on illərdir işğal altında saxlanılan Azərbaycandır. Bu mənada məntiqli olardı ki, Amerikada, BMT-nin ali sessiyası çərçivəsində ilk növbədə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 26-27 il öncə qəbul elədiyi və hələ də kağız üzərində qalan 4 məlum qətnaməsi həmsədrlərin iştirakı ilə müzakirə ediləydi. Bəlkə onda sülh danışıqlarının “donu”nun açıldığını söyləmək mümkün olaydı. Əks halda, nəticəsi qabaqcadan bəlli olan, yəni nəticəsiz danışıqlarda Azərbaycan tərəfinin iştirakının heç bir anlamı qalmır - xüsusən də İrəvan rəsmilərinin son radikal və sərsəm bəyanatları fonunda.

Əslində düşmən tərəfə konkret vaxt verməyin zamanı çatıb. Çünki illər illərə calansa da, düşmən ölkə öz işğalçı siyasətindən əl çəkməyə hazır görünmür. Ermənistanın yeni rəhbəri isə hətta öz sələflərindən - Serj Sərkisyan və Robert Köçəryandan da maksimalist və absurd siyasət aparır. Baş nazir Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” bəyanatı da Bakının İrəvana ultimatumunu zəruri edir.

*****

İşğalçı ölkə rəhbərliyinin sülh prosesini torpedalayan siyasəti Azərbaycan üçün hərbi amili heç vaxt olmadığı qədər aktual edir. Bakı sözsüz ki, “qızıl fürsət” anına kimi öz silahlı qüvvələrinin hərbi və döyüş hazırlığını davam etdirəcək. Bu yöndə yeni növ silah-sursatların alınması ilə yanaşı, qardaş Türkiyə ilə ortaq təlimlərin keçirilməsi və təcrübə mübadiləsi aparılması, bütövlükdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması mühüm önəm kəsb edir.

Xəbər verildiyi kimi, artıq “TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə heyətinin növbəti qrupu Azərbaycana gəlib. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçiriləcək təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 ”Kasa" təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Bu, ədalətli sülhdən qaçan təcavüzkar tərəfə Bakı və Ankaranın daha bir güc nümayişidir. Eyni zamanda, İrəvana və sülh prosesini dalandan çıxarmaq yönündə heç bir əməli təşəbbüs göstərməyən və hadisələrin quyruğunda sürünən vasitəçi dövlətlərə növbəti ortaq xəbərdarlıqdır.

*****

Sözsüz ki, Ermənistanın Qarabağ məsələsində xoş məramı və konstruktivliyi işğal altındakı Qarabağda qanunsuz şəkildə saxlanılan iki günahsız girovumuzun Azərbaycanda saxlanılan iki erməni ilə “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsinə razılıq verməsindən başlaya bilər. Təəssüf ki, rəsmi Bakının bu yöndə təklifi də neçə vaxtdır cavabsız qalır.

Maraqlıdır ki, bu arada Nikol Paşinyan ötən həftə Ukrayna ilə Rusiyanın eyni sayda əsir və girovların bir qisminin dəyişdirilıməsini təqdir edib. “Girovların dəyişdirilməsi Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik”, - deyə Paşinyan qeyd edib və “iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını” bildirib.

Təbii ki, eyni fikir Azərbaycan və erməni xalqlarına da aiddir. Bu iki xalq da nə vaxtsa sülh və əmin-amanlıq şəraitində yaşamalı olacaq. Lakin iki qonşu xalqın barışığı müstəsna olaraq işğalçı tərəfin rəhbərliyinin iradəsindən asılıdır. Ayrı sözlə, “top” çoxdan Ermənistanın tərəfindədir.

“Biz iki girovumuzun bizim əlimizdəki eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edə bilərik”. Bunu politoloq Elxan Şahinoğlu Paşinyanın girovların dəyişdirilməsinə bağlı açıqlamasını şərh edərkən deyib.

“Ermənistanın baş naziri sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların ”hamıya hamıya" prinsipi ilə dəyişdirilməsini təqdir edib. İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu fikrinə istinad edərək Dağlıq Qarabağdakı 2 girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək", - deyə o əlavə edib.

Qalır düşmən tərəfin rəhbərinin dilindən tutmaq...
musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
BQXK cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub