Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Eldar İbrahimovun bir açıqlaması ölkə siyasətini silkələdi

16:17  |    09 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Əli Həsənov cavab yazdı, partiya sədrləri danışdılar

Əli Həsənov cavab yazdı, partiya sədrləri danışdılar

Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimovun əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçiləri düşmən adlandırması ölkə siyasətini silkələyib.

Ayrı-ayrı siyasətçilər məsələ ilə bağlı mövqelərini bildiriblər. Musavat.com-a açıqlamasında deputat Fazil Mustafa bildirib ki, Eldar İbrahimovun o cür açıqlama verməsindən təəccüblənib. Çünki Eldar İbrahimov nisbətən müxtəlif fikirliliyə dözümlü və ümumiyyətlə humanist bir insan kimi tanınır: “Biz onu elə tanıyırıq, ağsaqqal adamdır və böyük hörmətimiz var. Onun adından verilən həmin açıqlama isə kəskindir. Düşünmürəm ki, bu, Eldar müəllimin ritorikası ola. Ola bilər ki, yazını hazırlayan jurnalistin də bu məsələdə bir az fikirləri kəskinləşdirməsi olub. Çünki Eldar İbrahimovun bu formada üslubu yoxdur. Ona görə də bu, mənə də təəccüblü gəldi”.

F.Mustafa hesab edir ki, E.İbrahimovun açıqlamasında hazırda parlamentdə təmsil olunan partiyalar və onların rəhbərlərinin nəzərdə tutulduğunu düşünmür: “Çox güman ki, burada YAP-a üzv olmuş keçmiş müxalifətçiləri nəzərdə tutub. Çünki əgər hansısa partiya rəhbərliyindən söhbət gedirsə, həmin partiyalar mövqelərində də qalırlar. Sadəcə, konstruktiv müxalifətçilik mövqeyini tuturlar. Biz YAP-ın dünyagörüşünü dəstəkləmirik. Biz sadəcə YAP-la konstruktiv əməkdaşlıq zəminində fəaliyyət göstərməyə üstünlük verən partiyalarıq. Hansısa xüsusi bir imtiyazımız da yox, yaxud da xüsusi bir oliqarxa da çevrilməmişik. Odur ki, onun sözlərinin bizə aid olduğunu düşünmürəm. Kimləri nəzərdə tutubsa, açıqca söyləyə bilər və aydınlıq gələr. Yenə də deyirəm ki, o cür açıqlamanın Eldar müəllimə aid olduğu mənə inandırıcı gəlmir. Çünki Eldar İbrahimov həmişə düşmənçilik mövqeyindən yox, yumşaldıcı mövqedən çıxış edib. İndiki vəziyyətdə xüsusilə o cür kəskin ritorika Azərbaycan üçün faydalı deyil. Bütün siyasi qüvvələr arasında sağlam, yumşaq, dialoq mühitinin yaradılmasına iqtidar özü də maraqlıdır və iqtidarın siyasəti də buna yönəlməlidir”.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə isə bildirdi ki, hər kəs düşündüyü və düzgün hesab etdiyi fikirləri dilə gətirir: “Bəlkə Eldar İbrahimovun əlində informasiya var ki, hansısa keçmiş müxalifətçi iqtidar tərəfə keçiblər və içəridə iqtidara qarşı işləyirlər? Eldar müəllimdən bunu soruşmaq lazımdır. Bu fərdi məsələdir və bunu bütün hər kəsə, kollektivə şamil etmək olmaz. Mən ümumilikdə qiymətləndirmənin tərəfdarı deyiləm”.

Qeyd edək ki, Eldar İbrahimov mediaya açıqlamasında deyib ki, hakimiyyətə tərəf keçib pul, vəzifə və mandat alan şəxslər əslində daxilə sızmış “düşmənlər”dir: “Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil. İnsanları mövqeyini dəyişməyə görə ittiham etməyi düzgün saymıram”.

Eldar İbrahimovun açıqlamaları ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da reaksiya verib. Əli Həsənov “facebook”dakı şəxsi səhifəsində yazıb ki, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır: “Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır.

Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.

Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi”.

Əli Həsənov qeyd edib ki, belə dövlətçi-azərbaycançı yanaşma, Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub. Bu bu prinsiplər dəyişməzdir.

Qeyd edək ki, Fazil Mustafa və İqbal Ağazdə Musavat.com-a açıqlamaları hörmətli Əli Həsənovun facebookdakı bu yazısından bir qədər öncə veriblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO
14.09.2019
Bakı Paşinyana güvənmək istəyir, amma... - Brayzadan şok
14.09.2019
Prezident İlham Əliyev Latviyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14.09.2019
İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib