Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

“Cənab Prezidentə dedim ki, Baş nazir olmağı bacarmaram...” - Novruz Məmmədovun təyinat tarixçəsi

14:35  |    09 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


“Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu”.

Unikal.org xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov “Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.

N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib:

“Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağını təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!

Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.

Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?

Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...

Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı.(Gülür) Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
ABŞ koronavirusla bağlı İranı ittiham etdi
25.02.2020
İranda xəbərdarlıq: “Evinizdən çıxmayın!” - VİDEO
25.02.2020
Ceki Çan da koronavirusa yoluxdu: Karantinə götürüldü
25.02.2020
İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub
25.02.2020
Hüsnü Mübarək vəfat edib