Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbi genişlənir

12:36  |    09 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransanın Nant şəhərinə səfər edib və yeni dərs ilinin başlanması ilə əlaqədar buradakı “Qarabağ” Azərbaycan məktəbinin kollektivi ilə görüş keçirilib.

Komitə sədri Fuad Muradov və digər qonaqlar məktəbin fəaliyyəti və kollektivin qayğıları ilə maraqlanıb, yeni dərs ilində onlara uğurlar arzu ediblər.

Burada yaşayan onlarla soydaşımızın iştirak etdiyi görüşdə uşaqların təhsil imkanlarının artırılması, məktəbin tədris vəsaitlərilə tam təmin olunması və soydaşlarımızın asudə vaxtlarının səmərəli təşkilinin yaxşılaşdırılması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

“Qarabağ” Azərbaycan məktəbinin nümunəvi fəaliyyətinin rəğbətlə qarşılandığı qeyd olunub və məktəbə marağın həddindən artıq olması nəzərə alınaraq, fəaliyyətinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il açılıb.

Məktəbdə keçirilən görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi də iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
BQXK cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub