Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Göygöldə Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

11:38  |    08 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***07:18

Göygöl rayonunda qətl hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kəndində təqribən yaşı 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq başvermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Sumqayıtda silahlı insident - Kişini güllələyib öldürdülər, sonra da...
25.02.2020
Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? - İstintaqda ehtimal olunan dəhşətli variantlar
25.02.2020
Azərbaycanda külək toy çadırını uçurdu: Məclis dayandırıldı
25.02.2020
Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü
25.02.2020
Bakıda polis qardaşı tərəfindən öldürüldü