Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Azərbaycanda Aşura günündə qan veriləcək yerlər açıqlanıb - SİYAHI

15:38  |    06 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Səhiyyə Nazirliyi bu il Aşura günündə Azərbaycanda qan veriləcək məkanları açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.

Bakı şəhəri üzrə:

- Binəqədi rayonu “İmam Əli məscidi”,
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,
- Nəsimi rayonu “Göy məscid" ("Əjdərbəy məscidi - mərasim zalı) və 20 saylı Şəhər poliklinikası,
- Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi
- Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi
- Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
- Suraxanı rayonu “Qaraçuxur məscidi”,
- Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi” və “Hacı Cavad” məscidi,

Regionlarda aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

- Gəncə şəhəri “İmamzadə kompleksi”,
- Lənkəran şəhəri “Böyük bazar cümə məscidi”,
- Mingəçevir şəhəri “Heydər məscidi”,
- Sumqayıt şəhər “Cümə məscidi”,
- Şəki şəhəri “İmam Əli məscidi”,
- Şirvan şəhəri Mərkəzi Qan Bankı bölməsi, Şirvan şəhər məscidi,
- Ağcabədi Mərkəzi Rayon Xəstəxanası,
- Beyləqan Mərkəzi Rayon Xəstəxanası,
- Bərdə rayonu “Bərdə İmamzadəsi”,
- Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),
- Cəlilabad Mərkəzi Rayon Xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan Bankının Quba bölməsi,
- Masallı şəhər "Cümə" məscidi,

- Göyçay “Əbülfəzlil Abbas" məscidi,

- Salyan Hacı Tağı məscidi.

Qeyd edək ki, bu il Aşura günü sentyabrın 10-a təsadüf edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır
20.09.2019
8 minədək uşaq sosial xidmətlərlə təmin olunur
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)