Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Sabah bəzi yerlərə leysan yağacaq, dolu düşəcək

13:23  |    06 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Sentyabrın 7-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Abşeron çimərliklərində sabah mülayim şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 7-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)