Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

“Stepanakert gədəsi” niyə Kreml üçün bu qədər önəmlidir?

12:44  |    06 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Əhəd Məmmədli: “Paşinyan əgər öküzdürsə, Köçəryan da Putinin əlində qırmızı parçadır”; Elxan Şahinoğlu: “Paşinyanla Putin arasında siçan-pişik oyunu gedir”

Rusiya prezidenti Vladimir Putin Ermənistanın hazırda həbsdə olan eks-prezidenti Robert Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. Virtualaz.org xəbər verir ki, məktub Kremlin rəsmi saytında dərc olunub.

Putin Köçəryanın İrəvanla Moskva arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsindəki ciddi rolunu qeyd edir.

“Hörmətli Robert Sedrakoviç, 65 illiyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Öz çoxillik dövlətçilik fəaliyyətinizlə siz həmvətənləriniz arasında və xaricdə hörmət qazanmısınız, müasir Ermənistanın inkişafına, Zaqafqaziyada təhlükəsizliyin və stabilliyin təmin olunmasına əhəmiyyətli töhfə vermisiniz”, - məktubda belə deyilir.

Putin habelə Köçəryana möhkəm cansağlığı və dözüm arzulayır.

Putinin ilk dəfə olmayan bu təbrik məktubu yenə ciddi suallar doğurur. Axı, vaxtilə Stepanakertdə azərbaycanlılarla kart oynayan, onların süfrələrinə qulluq edən biri-həm də kəşfiyyatla yaxından -uzaqdan əlaqəsi olmayan Robert niyə Kreml sahibi üçün bu qədər önəmlidir?

Politoloq Əhəd Məmmədli bildirdi ki, Köçəryan Putin Rusiyasının Ermənistanda bir nömrəli adamıdır: “Köçəryan Putin üçün çox önəmli fiqurdur. Xocalı soyqırımının başında duran bir adam, hərbi cani Köçəryana Putin şəxsi dostum deyir. Putin görəndə ki, Paşinyan onun xahişlərinə məhəl qoymur, Köçəryanı azad etmir, sonda ”O mənim dostumdur" deyir. Paşinyan da cavabında “Təəssüf edirəm ki, sizin elə dostlarınız var”, - deyə Putinə söyləyib. Bu, məsələnin bir tərəfidir. O biri tərəfi isə ondan ibarətdir ki, fərqi yoxdur, Ermənistanda kim prezident olursa-olsun, o, Rusiya üçün Azərbaycan prezidentindən həmişə bir köynək yaxın olacaq. Rusiyaya ən yaxın Azərbaycan prezidentindən Paşinyan belə Moskva üçün daha yaxındır. Burada din, milli amil ermənilərin xeyrinədir. Ruslarla münasibətlərdə bunu həmişə nəzərə almalıyıq. Putin dostu, müttəfiqi Köçəryanı qoruduğunu göstərir. Bu onun üçün vacibdir. Çünki Ermənistanda Rusiyanın “Beşinci kolon”u görməlidir ki, Moskva onların yanındadır. Əks halda Kreml inamını hər yerdə itirər, heç kəs daha ruslara bel bağlamaz. Buna görə də Putin üçün Köçəryanı azadlığa buraxdırmaq çox önəmli məsələdir. Putinin Köçəryana məktubunu bu aspektdən dəyərləndirməliyik. Təbii ki, Putinin Köçəryana ad günü təbriki Paşinyana da bir mesajdır. Mesaj ondan ibarətdir ki, Köçəryanı azad et. Putin və Köçəryanı birləşdirən Cənubi Qafqazda həmişə eyni olan rus və erməni maraqlarıdır. Köçəryan həbsdə də olsa, yenə Rusiyanın Ermənistanda bir nömrəli adamıdır. Rusiya öncə bununla onu göstərir ki, adamlarına həbsdə belə sahib çıxır. Həmçinin Moskva yeni erməni iqtidarına odla oynamamaq xəbərdarlığını edir. Hələlik Köçəryanla bağlı Moskvanın istədiklərini Paşinyan yerinə yetirmir. Ona görə yerinə yetirmir ki, xalqı arxasında hiss edir. Siyasətçi üçün ən böyük güc xalqının dəstəyini arxasında hiss etməkdir. Nə vaxta qədər ki, Paşinyan arxasında xalqının gücünü hiss edəcək, Putinin arzularını rədd etmək cəsarətində bulunacaq. Nə vaxt ki, Paşinyan iqtidarı yıpranmağa başlayacaq, bax, onda Köçəryan Timoşenko kimi həbsxanadan qalib kimi çıxa bilər. Əvvəlki kimidə olmasa hələlik Paşinyan xalqının dəstəyini almağa bacarır. O da var ki, vaxt keçdikcə Ermənistanda sosial, iqtisadi vəziyyət müsbətə doğru dəyişməsə, Paşinyan reytinqini itirməyə başlayaq. Bax, o anda Rusiyanın dəstəyi ilə erməni müxalifəti böyük revanş ala bilər. Köçəryan həmçinin buna görə Putinə lazımdır. Düşmən ölkədə real siyasi vəziyyət bu cürdür: Paşinyan əgər öküzdürsə, Köçəryan da Putinin əlində qırmızı parçadır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Putinin xarici dövlətlərin liderləri arasında üç əsas dostu var. Bunu bir neçə dəfə vurğulayıb. Bunlar Almaniyanın və İtaliyanın keçmiş baş nazirləri, bir də Robert Köçəryandır. Ona görə dostunu xilas etmək üçün cəhdlər edir. Bunu bacarsa, ”Qarabağ klanı" güclənəcək, Paşinyanın vəziyyəti getdikcə ağırlaşacaq. Rusiya Təhlükəsizlik Şurasının sədrinin İrəvanda müzakirə etdiyi ikinci məsələ Köçəryanın nə zaman həbsdən buraxılacağı olub. Bu məsələ Putin üçün çox önəmlidir. Düşünürəm ki, bu məsələdə Paşinyana təzyiqlər getdikcə artacaq. Belə görünür ki, Putin Paşinyanın acığına onun ekstradisiya etdiyi bir neçə məmuru təhvil vermək istəyir. Çünki belə məmurlardan bir neçəsi Rusiyadan sığınacaq alıb. Putin bu yolla Paşinyana anladır ki, sən mənim dediyimi et, mən də sən dediyini edim. Eyni yola Paşinyan da əl atıb.

Bir rus faşisti var. Rusiyada barəsində axtarış verilib. O, Ermənistanda gizlənib. Ermənistan da onu təhvil vermək istəmir. Paşinyanla Putin arasında siçan-pişik oyunu gedir. Pişik rolunda burada, əlbəttə, Rusiyadır. Çünki Ermənistanın elə bir imkanı yoxdur ki, şərtlərini Rusiyaya diktə etdirsin. Bu ölkə demək olar tamamilə Kremldən asılıdır. Paşinyan öz müstəqilliyini göstərməyə çalışır. Mənə elə gəlir ki, bu, sonda ona çox baha başa gələcək".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?