Türkiyə Rusiyadan alınan S-400 zenit raket komplekslərinin yerləşdirilməsini 2020-ci ilin baharında başa çatdıracaq.

“Gələn il baharda sistemin yerləşdirilməsi başa çatacaq. Türkiyə ilə müqavilə yerinə yetirilir. İndi sistemin ikinci hissəsinin yüklənməsi gedir. Bir neçə həftə sonra onlar Türkiyədə olacaq”, - deyə D.Şuqayev bildirib.
Xatırladaq ki, uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər