Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6715

Digər sorğular

Bakıda “Azərbaycanın olmadığı” qlobuslar satılır - FOTOLAR

20:46  |    05 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Bakıdakı bəzi ticarət mərkəzlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə həqarət olunan qlobuslar satılır.

Musavat.com-un əməkdaşı bu günlərdə alqı-satqı mərkəzlərinin birində bunun şahidi olub.

Belə ki, bəzi qlobuslarda Azərbaycan ərazisi ya yarımçıq göstərilib, ya da ümumiyyətlə əksini tapmayıb. Qlobusların birində işğal altındakı ərazilərimiz də gözə dəymir. Çin istehsalı olan qlobusların birində isə bölgə ölkələri, o cümlədən Gürcüstan və Ermənistanın adı, həmçinin xəritəsi əksini tapsa da, Azərbaycan “yaddan çıxarılıb”.

Satıcılardan bu barədə soruşduqda bildiriblər ki, belə qlobuslardan onsuz da az qalıb. Ancaq onlar bu barədə mal daşıyan şəxsləri məlumatlandıracaqlarını deyiblər. İstənilən halda, Azərbaycana qarşı həqarətin əks olunduğu qlobusun ölkəmizə gətirilməsi və alıcılara təklif edilməsi yolverilməzdir.

İnanırıq ki, müvafiq qurumlar dəftər ləvazimatlarının satışı ilə məşğul olan ünvanlarda qlobus və xəritələr, o cümlədən atlasları nəzərdən keçirəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - QƏRAR
26.02.2020
Baş Nazir məktəblərdə tədris ilinin müddətini təsdiqlədi - QƏRAR
24.02.2020
BDU-nun kafedra müdiri vəfat edib
23.02.2020
Magistraturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
23.02.2020
Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir