Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

“Belə özbaşınalıq, biabırçılıq olmaz!” – Qazilər nazirliyin və Oqtay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcəklər

16:00  |    05 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində (Eksprementalnı) 4 aya yaxındır ki, angioqrafiya və digər bu tipli aparatlar işləmədiyinə görə xəstələrimiz - Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranların əməliyyat üçün müraciətimiz cavabsız qalır və bu da ürək və digər damar əməliyyatlarının keçirilməsini mümkünsüz edir.

Bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qaziler.az-a deyib.

O, bildirib ki, mərkəzdə əməliyyat olunmaq üçün gözləyən xeyli sayda Qarabağ əlilləri var. “Biz mərkəzlə əlaqə saxladıq. Dedilər ki, hələlik aparatlar nasaz vəziyyətdə qalır. Bu isə o deməkdir ki, əməliyyat üçün növbədə olan Qarabağ əlilləri, şəhid ailələri, veteranlarının həyatı təhlükədədir. Axı ağır vəziyyətdə olan insanlarımız var ki, təcili əməliyyat olunmalıdır, lakin aparatlar işləmədiyinə görə onların həyatları risk altındadır. Aldığımız qeyri-dəqiq məlumata görə, bu səbəbdən hətta həyatını itirənlər var. Elmi Cərrahiyyə Mərkəzindən, onun rəhbərliyindən və kollektivindən narazı deyilik, onlarla problemimiz olmayıb. Amma belə də olmaz axı! Biz Səhiyyə nazirinə müraciət edirik: Bəsdirin! Belə özbaşınalıq, biabırçılıq olmaz! Təcili tədbir görülsün, nasaz avadanlıq təmir edilsin! Yaxın günlərdə problem həll olunmasa Qarabağ qaziləri əvvəlcə Səhiyyə nazirliyinin, sonra isə Səhiyyə naziri Oktay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcək. Bununla bağlı bir neçə təşkilatda müzakirələr gedir artıq. ”.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib