Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6714

Digər sorğular

İctimai açıqlığın təmin edilməsi istiqamətində ƏƏSMN-dən daha bir addım

14:12  |    04 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən Qaziler.az-a bildirilib ki, “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq. Hazırda elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır.

Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Şəmkirin icra başçısından şikayət var - "Özümü qatarın altına atacağam"
26.02.2020
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR: bu xidmət pulsuz oldu
26.02.2020
Şad Xəbər: 7000-dən çox ailə sevinəcək
26.02.2020
Nazirlik qeyri-formal məşğulluğun qarşısını alacaq
26.02.2020
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb