Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Xəzərdə artan barıt qoxusu - İran və Rusiya güc göstərir

12:34  |    04 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Hər iki dövlət Transxəzər qaz kəməri layihəsinə qarşı çıxmaqla tək Azərbaycanın deyil, eyni zamanda Qərb şirkətlərinin maraqlarına qarşı çıxır

İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərinə başlayıb. Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir. Cənub qonşumuzun bu təlimləri Xəzərlə bağlı bəzi məsələləri bir daha gündəmə gətirib.

Bəllidir ki, 20 illik danışıqlardan sonra bir il öncə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər. Amma bütün bunlara baxmayaraq, İranla yanaşı Rusiya faktiki özlərini Xəzərin sahibləri kimi aparırlar. İstədikləri vaxt hərbi təlimlərini keçirirlər. Ancaq, məsələn, Azərbaycanın qoşulduğu Transxəzər qaz layihəsinə müxtəlif yollarla mane olmağa çalışırlar. Təkcə bir fakti göstərək ki, ötən ay Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu baş tutdu. Forumda ən çox müzakirə olunan məsələ Transxəzər qaz kəmərinin taleyi ilə bağlı oldu ki, bu qaz kəməri təbii qazın Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirməsini nəzərdə tutan layihədir.

Forumda Rusiya və İran təmsilçiləri Xəzərin dibi ilə boru xəttinin tikintisinin əleyhinə çıxdılar. Ölkə rəsmiləri səbəb kimi ekoloji məsələləri göstərdilər. Halbuki ekologiyanı ən çox korlayan hərbi təlimlərdir. Rusiya və İranın bu etirazının arxasında Amerikanın Xəzərin təhlükəsizliyi ilə əlaqədar bu ilin iyulunda Azərbaycana etdiyi 100 milyon dollar həcmində hərbi yardımın dayandığı günlərlə müzakirə edildi. Rusiya və İranın Xəzər hegemonluğuna son qoymaq üçün digər Xəzəryani ölkələrin nə etməli olduqları barədə müxtəlif suallar səslənir.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Xəzərin hərbiləşdirildiyini bildirdi: “Xəzər dənizi əslində çoxdan hərbiləşdirilib. Hələ illər öncə Rusiyanın Xəzərdəki hərbi donanmasının gücləndirilməsi ilə bağlı qərarı məhz buna xidmət edirdi. Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı narazılıqlar o zamanlar Türkmənistan tərəfindən qaldırılsa da, əslində bu fikrin müəllifinin Rusiya olduğu heç kimə sirr deyildi. O zamanlar mövcud olan status daha çox İranı və Rusiyanı qane etmirdi. Lakin özləri açıq şəkildə bu məsələnin üzərinə getmirdilər, digər dövlətlər vasitəsilə mesajlarını çatdırırdılar. Nəticədə tam istədikləri kimi olmasa da, Xəzərin əvvəlki statusundan özləri üçün daha əlverişli statusun razılaşdırılmasına nail olublar. Rusiya Xəzərin karbohidrogen ehtiyatlarının özünün iştirakı olmadan işlənməsini, ən əsası, böyük siyasi anlam daşıyan logistik işlərin onların istəklərinə zidd olaraq Qərblə işləməsini heç zaman qəbul etməyib. Bütün vasitələrlə çalışır ki, bu lahiyələrin həyata keçməsinə mane olsun. İranın və Rusiyanın Xəzərdəki hərbi təlimlərini isə hövzədə söz sahibinin kim olması ilə bağlı vermək istədikləri mesaj kimi dəyərləndirirəm. Bununla ilk növbədə Qərb şirkətlərinə eyham vurulur ki, gələcəkdə Xəzərdə olan iqtisadi maraqlarınızın təhlükəsizliyi şübhə altında qala bilər. Xatırlayırsınızsa, bir müddət öncə Rusiya Xəzərdəki gəmilərindən Suriya istiqamətində raketlər atmışdı və bunu günlərlə təbliğ etməklə Xəzərdəki gücünü Qərbə nümayiş etdirmişdi. Sözsüz ki, Rusiyanın Xəzər siyasəti Azərbaycanın iqtisadi, ən əsası, milli maraqlarına təhlükə və təhdid yaradır. Eyni fikirləri İranla bağlı da demək olar. Bu hövzədə İranın Rusiya ilə mövqeləri çox zaman üst-üstə düşüb.

Belə olmasaydı, İranın hərbi təlimlərə başlaması ilə bağlı məlumatlardan sonra Kreml ilk olaraq buna reaksiya verməli, ən azından bu təlimlərin bəlli çərçivəni keçməməsi ilə bağlı xəbərdarlıq etməli idi. Hələ ki, bunu görməmişəm. Hazırda Xəzəryanı ölkələr arasında Azərbaycan müstəqil iqtisadi siyasət yürütməyə cəhdlər edir. Bunun digər Orta Asiya ölkələrində bir presedent olma təhlükəsi İranı və Rusiyanı narahat edir. Xəzərdə bu iki dövlətin üstünlüyünü azaltmaq imkanlarına gəlincə isə, Azərbaycan üçün, bu çox çətindir. Amma nəzərə almaq lazımdır ki, Rusiya və İran ABŞ və Qərb tərəfdən güclü pressinq altındadır. Hər iki dövlətin bu təzyiqlərdən itirdikləri çox böyükdür. Xüsusilə İran mütəmadi hərbi müdaxilə təhdidləri ilə də üz-üzədir. Regiondakı situasiyadan asılı olaraq vəziyyətin dəyişməsi perspektivləri də mümkündür. Çünki İran və Rusiya Transxəzər qaz kəməri layihəsinə qarşı çıxmaqla tək Azərbaycanın deyil, eyni zamanda Qərb şirkətlərinin, dövlətlərinin, xüsusilə ABŞ-ın maraqlarına qarşı çıxır. Bütün bunlara rəğmən Azərbaycan tərəfi maraqlarını qorumaqla danışıqları ardıcıl davam etdirməlidir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli iddiaları əsassız sayır: “Xəzərin hüquqi statusu sonuncu dəfə müəyyənləşəndə qərara alındı ki, hövzə bölünsün, amma dibi növbəti müzakirələrə qalsın. Tədqiqatlara görə, Xəzərin dibi karbohidrogen ehtiyatlarla zəngindir. Hazırkı bölünmə prosesi İran və Türkmənistanı narazı saldı. Buna baxmayaraq, Türkmənistanla gələcəyə yönəlik strateji layihələrə görə mövqe uyğunlaşması mümkün oldu. Amma İran tərəfinin pozucu fəaliyyəti həm Xəzərin dibinin bölünməsini, həm də Transxəzər layihəsini mümkünsüz etdi. Hazırda Xəzərdə İran və Rusiya hərbi baxımdan söz sahibidirlər. Bu iki gücü neytrallaşdırmaq üçün Azərbaycan daha əvvəllər BP və transmilli şirkətlərin gücündən istifadə etmişdi. Görünür ki, buna yenə ehtiyac yaranacaq. Ekoloji detala gəlincə, Xəzərin ən çirkli tərəfi İran sahilidir. Canlı orqanizmlərin isə ən çox tələf edildiyi zona rus hövzəsidir. Bu cür iddialar əsassızdır. Müharibə məsələsinə gəldikdə isə deyim ki, Xəzər təkcə Rusiyanın hərbi bazası deyil, oradan bütün dünyaya güc nümayişi üçün plastdarm rolunu oynayır. Bu güclü hərb ölkəsi Xəzərdə mövcud olduqca müharibə ehtimalı da olmayacaq. Amma status-kvodakı problemləri yaşayacaq”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?