Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 30 000-ci müraciət qeydə alınıb

20:55  |    03 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 30 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Səbail rayon sakini Şimdit Novruzov DOST-a sosial müavinət təyin edilməsi ilə bağlı müraciət edib. O, 4 aya yaxındır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 30 000-ci vətəndaş kimi tarixə düşüb.

1 saylı Bakı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib. Şimdit Novruzov DOST Mərkəzində ona göstərilən xidmətin operativ və yüksək səviyyədə olduğunu qeyd edib. O, son aylarda pensiya, əməkhaqqlarının artırılmasına, vətəndaşlar üçün bu cür şərait yaradılmasına görə, ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? - ŞİKAYƏT
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı