Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Rəsmi Bakıdan İslamabadın dəstək istəyinə reaksiya

10:23  |    31 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan XİN: “Bizim rəsmi mövqeyimiz bəllidir və dəyişməz qalıb”; politoloq: “Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizə hərtərəfli dəstək verən Pakistanı dəstəkləməliyik”

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistandır. Eyni zamanda dost ölkənin vətəndaşları heç zaman Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biganə qalmayıblar, hətta Qarabağ müharibəsinin ilk illərində yüzlərlə pakistanlı Azərbaycan uğrunda döyüşlərə qatılıb, şəhidlər veriblər.

Bu mənada Pakistanla əlaqələrə hər zaman həssaslıqla yanaşılır. Üstəlik, İslamabad indiyədək məhz Azərbaycan ərazilərini işğalda saxladığı üçün Ermənistanı bir dövlət olaraq tanımır ki, bunun özü çox ciddi faktdır. Son günlər Pakistan dövlətinin ayrı-ayrı təmsilçilərinin Azərbaycanla bağlı istəkləri səslənir. Məlumata görə, bir neçə gün əvvəl Azərbaycan və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Şah Məhmud Kürəşi arasında telefon söhbəti zamanı Cəmmu və Kəşmir bölgəsinin ətrafındakı vəziyyətə dair müzakirə aparılıb. Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməklə birtərəfli hərəkət edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğunu vurğulayan pakistanlı nazir bölgəyə 70 minədək hərbçidən əlavə, daha 180 min hərbçinin yeridilməsini Kəşmir əhalisi üçün təhlükə olaraq dəyərləndirib.

Şah Məhmud Kürəşi Hindistanın birtərəfli və qanunsuz addımlarla regionun demoqrafik mənzərəsini dəyişdirməyə çalışdığını deyib. Kəşmir bölgəsindəki vəziyyətdən ciddi narahatlığını ifadə edən E.Məmmədyarov da regiondakı həll olunmamış münaqişələrin dinc yolla aradan qaldırılmasının vacibliyini bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir bölgələrinin muxtariyyətini ləğv etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərində olan baş ofisində təcili kontakt qrupunun iclası keçirilib. İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupunun iclasında Azərbaycanı Səudiyyə Ərəbistanındakı səfir Şahin Abdullayev təmsil edib. Təşkilatın saytının yaydığı məlumata əsasən, kontakt qrupunun üzvləri “Kəşmir xalqına dəstək olduqlarını ifadə ediblər və onların öz müqəddəratlarını təyin etmə hüquqlarına dəstək bəyanatı veriblər”.

Bir neçə gün əvvəl Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, bu məsələdə Bakının dəstəyini gözləyirlər. Sitat: “Mən Xarici İşlər Nazirliyində oldum, cənab Araz Əzimovla görüşdüm. Təbii ki, biz Azərbaycandan da bu barədə rəsmi qətnamə qəbul etməyini istədik. Pakistan Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanındadır və indiyədək Ermənistanı dövlət olaraq tanımırıq. Bizim parlamentimizdə də Xocalı soyqırımı və Ermənistanın işğalçılığı ilə bağlı qətnamə qəbul edilib”.

Yeri gəlmişkən, özünün ərazi problemləri olmasına baxmayaraq, Pakistan daim Azərbaycana hərbi dəstək verməyə hazır olduğunu bəayn edib. Bir müddət əvvəl məlum oldu ki, Pakistan Azərbaycana “JF-17" hərbi təyyarələri ixrac etməyə hazırdır. Səfir Səid Xan Mohmandın sözlərinə görə, indiyədək Azərbaycan Pakistandan 10 təyyarə alıb və ehtiyac yaranarsa, Pakistan həmişə hərbi dəstək verməyə hazırdır. Üstəlik, Hindistanın Ermənistanla yaxın əməkdaşlığı Azərbaycanı seçim etməyə vadar edir. Ancaq çalışmaq lazımdır ki, Hindistan da Bakının mövqeyini anlayışla qəbul etsin.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Hindistan və Pakistan arasında Kəşmir münaqişəsi ikinci dünya müharibəsindən bəri bu regionda maraqlı ölkələrin hər iki dövləti nəzarətdə saxlamaq üçün yaradılan süni problemdir: “İlk növbədə müsəlmanların daha sıx məskunlaşdığı bu ərazilər üzərində tam nəzarət Pakistana verilməli idi. Amma, Hindistanın artan aqressiyası və Kəşmirə qarşı anti-humanist siyasəti artıq problemin həllinə ciddi mane olub. Kəşmir problemi hər iki necə ölkəsi arasında kəskin qarşıdurmaya səbəb olub. İndi də rəsmi Dehlinin daxili siyasəti tarazlamaq üçün bu münaqişəni yenidən qızışdırmağa başlayıb. Kəşmirin muxtariyyətini ləğv etməsi və burada diskriminasiya siyasəti aparması artıq Pakistana potensial müharibə astanasında gəlib. Pakistan islam ölkələrindən və BMT tribunasından Hindistanın Kəşmirə qarşı mənfi siyasətindən şikayət edəcək və dəstək istəyəcək. İslam Əməkdaşlıq Təşkilatı və BMT çıxarılan qətnamələrdə mütləq şəkildə Pakistanın mövqeyi dəstəklənməlidir”. Ekspert xatırlatdı ki, Pakistan artıq Azərbaycanda kömək istəyib: “Hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizə hərtərəfli dəstək verən Pakistana Azərbaycan dəstək verməlidir. Baxmayaraq ki, Hindistan böyük dövlətdir, manevr siyasətimiz var. Pakistan məsələsi ölkəmiz üçün qırmızı cizgidir və ölkəmiz həmin qətnamələrə tərəddüdsüz səs verməlidir. İşğal faktorun qarşı kəskin mövqeyini ortaya qoymalıdır. Qeyd edim ki, Pakistan Azərbaycanın yanında olan əsas müttəfiqidir. Belə olan təqdirdə belə bir müttəfiqi incitmək olmaz. Kəşmir məsələsində Azərbaycan Pakistana tam dəstək verərsə İslamabad daha da Azərbaycana hərbi cəhətdən kömək edəcək”.

Bəs, rəsmi Bakının mövqeyi necədir? XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Yeni Müsavat”a bunları bildirdi: “Bizim rəsmi mövqeyimiz bəllidir və dəyişməz qalıb. Ən son olaraq 15 avqust tarixində yayılan bizim rəsmi mövqeyimizdə bildirilmişdi ki, Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir və bu, Azərbaycanın prinsipial mövqeyidir. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, eynilə Cammu Kəşmir məsələsinin də həmin qurumun qətnamələrinə uyğun həllini, ümumiyyətlə isə bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləyirik”.

Qeyd edək ki, Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırılıb. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən, Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil olub. 1956-cı il noyabrın 17-də Kəşmir Müəssisələr Məclisinin qəbul etdiyi konstitusiyaya görə, Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edilib. 1955, 1960, 1962, 1963-cü illərdə Kəşmir məsələsi üzrə BMT-dəki müzakirələr, Hindistan-Pakistan danışıqları nəticə verməyib. 1965-ci ilin sentyabrında baş vermiş Hindistan-Pakistan hərbi münaqişəsi digər dövlətlərin fəal səyi nəticəsində dayandırılıb. 1971-ci ilin dekabrında yeni Hindistan-Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edilib. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən, Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb