Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6782

Digər sorğular

Tərtərdə əlində qumbara partlayan şəxs intihar edib - RƏSMİ

12:29  |    30 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Tərtərdə əlində qumbara partlayan şəxs intihar edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, avqustun 29-da Tərtər rayon sakini, 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu, 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partladıb, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2020
Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı - RƏSMİ
13.03.2020
Prezident Aqiyə Naxçıvanlını təltif etdi - SƏRƏNCAM
02.03.2020
Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
28.02.2020
Azərbaycan Misirə başsağlığı verdi
28.02.2020
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM