Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

"Qarabağ" qanımızı içmək istəyəcək" ifadəsinə - Qurban Qurbanovdan reaksiya

21:41  |    28 Avqust 2019  |   E-mail  |  Çapa göndər


"Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm"

"Vacib oyuna çıxırıq. Rəqibin ciddi olduğunu başa düşürük. Buna görə oyuna həddindən artıq məsuliyyətlə hazırlaşmışıq. Oyunçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər".

Qol.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiya "Linfild"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçından öncəki mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda 100-cü - yubiley qarşılaşmasına çıxacağı barədə düşünmür: "Hər matç bizim üçün vacibdir. Belə turnirlərdə mütləq qələbə lazım olur. Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm. Arzu edirəm ki, "Qarabağ"ın Avropada daha çox oyunu olsun".

"Düşünürəm ki, Azərbaycansayağı künc zərbəsinə ehtiyac olmayacaq. Standart vəziyyəti bəzən rəqibə uyğun yerinə yetiririk. Hazırkı rəqib buna imkan vermir. Amma fərqli nədənsə istifadə edə bilərik" deyən Qurbanov düzgün müdafiə olunmağın vacibliyini diqqə çatdırıb: "Komandalar var ki, qapalı oyun üslubuna üstünlük verirlər. Belə oyunlarımız çox olub. Bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə görüşlərdə oyunçular daha sərrast və diqqətli olmalıdırlar".

Təcrübəli baş məşqçi tribunaların dolacağına ümidvar olduğunu da deyib: "Düşünürəm ki, stadionda az adam olmayacaq. Fanatların hər birini yanımızda hiss edirik".

Qurbanov son olaraq rəqib həmkarı David Hilinin "Qarabağ" bizim qanımızı içmək istəyəcək" ifadəsinə münasibət bildirib: "Bu, idmandır. Məğlub tərəf mütləq qələbə qazanmaq istəyəcək. İndi həmin matçlardan biridir. İdman prinsiplərinə əməl etməyə çalışacağıq. Çox da belə dərinliklərə getmək istəmirəm. Çalışıb ən düzgününü etməliyik ki, qalib gələk".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2. Cavab görüşündə Azərbaycan komandasına minimal hesablı qələbə də kifayət edəcək ("Report).
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı - VİDEO
15.11.2019
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
07.11.2019
"Qarabağ" APOEL-ə uduzdu
07.11.2019
APOEL - "Qarabağ": Heyətlər açıqlandı