Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Ağdam rayonunda şəhidlərin xatirəsi əbədiləşdirildi - FOTOLAR

11:32  |    28 Avqust 2019  |   E-mail  |  Çapa göndər


"Yeni Yurd" İB tərəfindən Ağdam rayonu ərazisində qazılmış 2 ədəd subartezian quyusunun və tikilmiş 2 ədəd bulaq kompleksinin açılışı olub.

Qaziler.az bildirir ki, bulaq kompleksinin birinin qarşısında Bənövşələr köçkün qəsəbəsində keçirilmiş tədbirdə qeyd edilib ki, bu kompleks şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulub.

Açılış tədbirində təşkilatçılarla bərabər Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, müharibə əlilləri və veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov belə gözəl ideya üçün təşkilatçılara təşəkkürünü bildirərək, şəhidlərimizin və qəhrəmanlarımızın adının hər zaman yüksək tutulmasının, onların adının əbədiləşdirilməsinin çox vacib olduğunu bildirmişdir.

Digər çıxış edənlər də təşkilatçılara gördükləri bu mənası böyük olan iş üçün təşəkkür etmişlər.

Daha sonra bulaq kompleksinin açılışı olmuşdur.

Açılış tədbirindən sonra qonaqlar rayon İcra Hakimiyyətinə gələrək görülən işlərdə təşkilatı dəstəyə və köməyə görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovu xüsusi diplomla təltif edərək, dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bulaq kompleksi Milli Qəhrəmanlar Asif Məhərrəmov (Fred Asif) və Allahverdi Bağırovun adınadır. Lakin kompleksin üzərində şəhid Raquf Orucovun, şəhid Milli Qəhrəmanlar - Nadir Əliyevin, Canpolad Rzayev və Muxtar Qasımovun şəkilləri də həkk olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
21.09.2019
Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib
21.09.2019
Atəşkəs 23 dəfə pozulub
20.09.2019
Qarabağ danışıqlarına yeganə alternativ - müharibə qapıda
20.09.2019
Dilqəm və Şahbazın dəyişdirilməsi mümkündür - Tonoyan açıqlama verdi