Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Sərhədlərimzdə İran və Rusiyanın raket sınağı - bizi gözləyən təhlükə

10:56  |    28 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Avqustun 22-də İran yeni “Bavar-373" tipli zenit raket kompleksini sınaqdan keçirib. Sınaq atışında iştirak edən İranın müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib. ”Bavar-373" Rusiyanın S-400 sistemlərinə yaxındır.

Bu yaxınlarda isə Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb. Virtualaz.org xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin vəzifələrini icra edən Aleksey Karpov həmin poliqonda ABŞ-ın raketdən müdafiə haqda SSRİ ilə bağlanmış müqavilədən çıxmasına cavab olaraq işlənib hazırlanan silahın sınaqdan keçirildiyini açıqlayıb.

Bu raket haqda prezident Putin ilk dəfə ötən il danışmışdı. “Burevestnik” səsdən iti uçan, qeyri-məhdud radiusa malik və nüvə mühərriki ilə işləyən, eyni zamanda nüvə başlığı daşıya bilən raketdir. Həmin raketə qarşı istənilən mövcud və perspektiv raketdən müdafiə sistemi effektsizdir.

“Avqustun 8-də Severodvinsk ətrafındakı poliqonda aparılan sınaqlar bizim ABŞ-ın 2002-ci ildə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqda Müqavilədən birtərəfli qaydada çıxmasına cavab olaraq işlənib hazırlanmaqda olan silahla bağlı idi”, - rusiyalı diplomat bildirib.

Daimi nümayəndənin sözlərinə görə, insident rayonunda radiasiya fonu hazırda norma daxilindədir. Bu arada Norveçin nüvə mütəxəssisi də Severodvinsk poliqonundakı partlayışın mini nüvə reaktorunda baş verdiyini bildirir. Mütəxəssis partlayış nəticəsində ətrafa yayılan izotoplara əsasən bu qənaətə gəlib.

Belə ki, Rusiyanın “Rosgidromet» dövlət agentliyinin bildirdiyinə görə, qəzanın baş verdiyi Severodvinsk şəhərində radiasiyanın yüksəlməsinə izotopların dağılması nəticəsində formalaşmış inert radioaktiv qaz buludu səbəb olub. Bu izotopların Stronsium-91, Barium-139, Barium-140 və Lantan-140 olduğu, uyğun olaraq 9,3 saat, 83 dəqiqə, 12,8 gün və 40 saat yaşadığı açıqlanıb.

Norveçdən nüvə təhlükəsizliyi eksperti deyir ki, Rusiyanın şimalındakı hərbi poliqondan buraxılan barium, stronsium və lantan izotopları burada nüvə reaktorunun partladığını göstərir, Moskvanın iddia etdiyi kimi raket mühərriki üçün yanacaq mənbəyinin, yaxud raketin deyil. “Barium və stronsium kimi izotoplar nüvə zənciri reaksiyasından yaranır. Bu, nüvə reaktorunun partlamasının sübutudur”, - Norveçdə işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunmasını öyrənən hökumət agentliyindən Nils Bohmer deyib. Ancaq Bohmer əlavə edir ki, əgər mühərrikdə “izotop mənbəyi” partlasaydı, Rusiya dövlət hava agentliyinin avqustun 26-da bildirdiyi kimi, havada qısaömürlü izotopların qarışığı aşkarlanmazdı.

Göründüyü kimi, iki qonşu ölkədə raket sınaqları keçirilir. Region dövlətlərinin sürətlə silahlanması Azərbaycan üçün hansı təhlükəni daşıyır? Bu silahlanma ilə bağlı narahat olmağa əsas varmı?

Asim Mollazadə: “Bakı siyasətini elə qurub ki, hamı ilə münasibətlərini xoş saxlamağa çalışır”

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya və İranın silahlanmasını böyük dövlətlərlə olan mübarizə ilə əlaqələndirmək lazımdır.

A.Mollazadənin fikrincə, hər iki dövlət Orta Şərqdə əməliyyatlar üçün belə silahlanır: “Onların gücü var ki, raketsiz belə qonşu ölkələrə qarşı əməliyyatlar keçirsinlər. Lakin inanmıram ki, Rusiyanın və İranın Azərbaycana qarşı belə planı var. Bakı siyasətini elə qurub ki, hamı ilə münasibətlərini xoş saxlamağa çalışır”.

Deputat hesab edir ki, Azərbaycanın güc mərkəzləri ilə əməkdaşlığı var və bu, bölgənin təhlükəsizliyinə müsbət təsirini göstərməkdir.

A.Mollazadə Ermənistanın əli ilə Azərbaycana qarşı təxribatlar olmasını istisna etmir: “Hansısa güclər sabitliyi pozmaq üçün düşmən ölkədən istifadə edə bilərlər. Ancaq indiki halda ölkəmizə qarşı Rusiya və İranın əməliyyat planları olduğunu düşünmürəm”.

Elxan Şahinoğlu: “Ətraf ölkələrin silahlanmasından narahat olmaq üçün ciddi əsaslar var”

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, narahatlıq üçün ciddi əsaslar var.

Onun sözlərinə görə, hər ikisi qonşudur və müasir silahlara yiyələnirlər: “Onların ciddi rəqibləri var və Qərblə münasibətlər kifayət qədər gərgindir. Bu gərginlik bizi də narahat edir, çünki heç kəslə gərginlik olmasını istəmirik. Azərbaycan Ermənistan istisna olmaqla heç bir dövlətlə münasibətlərdə düşmən deyil. Bu mənada ətraf ölkələrinin silahlanması və Qərblə dərin qarşıdurmaya getməsi bizdə suallar yaradır”.

E.Şahinoğlunun fikrincə, biz böyük dövlətlərin işinə qarışa bilmərik: “Azərbaycan böyük oyunlarda iştirak eləmir. Bizim Qarabağ problemimiz var və əsas narahatlığımız bu məsələdir”

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Azərbaycanın yaxın qonşularının silahlanmasının gündəmə gəlməsi başadüşüləndir. Onun fikrincə, xüsusən İranın uranın zənginləşdirməkdə limiti keçməsi narahatlıq doğurur: “Tehranın xarici işlər naziri Cavad Zərif belə izah edir ki, bizi buna məcbur edirlər və ölkəmizi qorumaq naminə addımlar atmalıyıq. Lakin müharibə olacağını güman eləmirəm. Əgər olacaqsa, Azərbaycana təsirləri qaçılmazdır. Çünki silahlar üstümüzdən uçacaq və ərazilərimizə düşə bilər. Amma hələ ki ABŞ-İran gərginliyi diplomatik müstəvidədir, söz savaşı getməkdədir və müharibə bu gün üçün real görünmür”.

R.Məmmədovanın sözlərinə görə, ABŞ Gürcüstanda hərbi baza qurmağa hazırlaşırsa, Rusiyanın Ermənistanda bazası varsa, bu halda NATO tərəfdaşı olan Türkiyənin Azərbaycanda hərbi bazasını yaratmağa ehtiyacımız var:

“Ona görə ki, qardaş dövlət olaraq hər hansı risk yarandığı halda kömək edə bilsinlər. Amma hazırda Rusiyanın və İranın silahlanması bizə problem yaratmır və Azərbaycan balanslı siyasət aparır. Eyni zamanda müharibə olacağı təqdirdə Azərbaycan heç kəsə icazə verməz ki, ərazisindən qonşu ölkə vurulsun”.

Qeyd edək ki, “RİA Novosti” Pentaqonun hipersəs silah sahəsində uğursuzluqlarından və planlarından yazıb.

Rusiya dünyada yeganə ölkədir ki, hipersəs silaha malik olduğunu rəsmi olaraq bəyan edib. ABŞ isə hələ ki bu sahədə geri qalır. Amerikalılar ballistik döyüş başlıqlı hipersəs raketlər yaratmağa çalışdıqlarını gizlətmirlər.

Onlar hətta bir neçə belə silahı sınaqdan keçiriblər. Lakin sınaqların nəticələri göstərir ki, ABŞ hələ bu sahədə Rusiyadan geri qalır.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb