Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Azərbaycana səfər edəcək

16:08  |    02 İyun 2015  |   E-mail  |  Çapa göndər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Nobel Sülh Mükafatı laureatı Məhəmmd Yunusun dəvəti ilə 25-31 May 2015 tarixlərində Banqladeşə olan səfəri başa çatıb. Bu barədə Qaziler.az saytına BAMF-ın informasiya departamentindən məlumat daxil olub.

Səfər çərçivəsində cənab Rəhimoğlu Dakka şəhərində vətəndaş cəmiyyətinin bir sıra tanınmış şəxsləri ilə, hökumət rəsmiləriylə, böyük media orqanlarının rəhbərləri, mikro maliyyə və sosial biznes sahəsində böyük uğurlar qazanmış təşkilatların tanınmış simaları ilə görüşüb.

Beynəlxalq Yunus Mərkəzində, dünyanın 41 ölkəsində fəaliyyət göstərən, 5 mindən çox yerli bölməsi olan Gramen Bankın və Gramen İnam Fondunun təsisçisi, mikromaliyyənin və sosial mikrokreditləşmənin yaradıcısı, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus və Yunus Mərkəzinin rəhbəri Lamiyə Morşidlə görüşən BAMF-ın sədri iki tərəfli əməkdaşlığın gücləndirilməsi, sosial biznes və davamlı inkişaf prioritetlərinin birgə əməkdaşlıq çərçivəsində inkişafı istiqamətində işgüzar müzakirələr aparıb.

Məhəmməd Yunus BAMF-ın vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdiyini və birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində sülh carçılarının səsinin önəmli olduğunu qeyd edən Umud Rəhimoğlu Beynəlxalq Yunus Mərkəzinin dünyada sülhün və davamlı inkişafın təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.

Daha sonra Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondu, Yunus Mərkəzi və Azərbaycanın, eləcə də post Sovet ölkələrinin aparıcı akademik mərkəzlərinin iştirakı ilə Bakıda Qlobal Sülh və Sosial Sammitin keçirilməsi və dünyaya birgə sülh mesajlarının verilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Bir saata yaxın davam edən görüşün sonunda birgə qərarlar qəbul olunub. BAMF Məhəmməd Yunusun bioqrafiyası və fəaliyyəti haqda yazılan, böyük oxucu kütləsinin rəğbətini qazanan kitabı Azərbaycana dilinə tərcümə edəcək.

Qarşı tərəf isə Azərbaycana səfərin reallaşdırılması üçün ilkin proqramın hazırlanması istiqamətində razılığını bildirib. Daha sonra dünyanın 11 ölkəsində, Beynəlxalq ASA (Ümid) təşkilatının rəhbəri Şafiqul Haqu Çoduri ilə görüşən Umud Rəhimoğlu Banqladeşdə qeyri hökumət təşkilatlarının kifayət qədər uğurlu və uzun bir yol keçdiyini, bu istiqamətdə Azərbaycanda da inkişafın sürətlə davam etdiyini, bu baxımdan da ikitərəfli münasibətlərin qurulmasını, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Cənab Çoduri təşkilatında 28 mindən çox insanın çalışdığını və dünyanın 11 ölkəsində bir milyard ABŞ dollarına yaxın büdcə ilə fəaliyyət göstərdiklərini qeyd edib. O, vətəndaş cəmiyyətinin inkişaf etdrilməsi, yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil sahələrində BAMF-la birgə əməkdaşlıq sayəsində ciddi nəticələr əldə olunacağını qeyd edib. “Çox az bir məbləğlə fəaliyyətə başlayaraq, Beynəlxalq ASA Holdinqinin, ASA Universitetinin və digər təsisatların qurucusu kimi deyə bilərəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa hər zaman açığıq” deyən Çoduri BAMF-ın fəaliyyət istiqamətlərinin olduqca maraqlı olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə inandığını söyləyib.

Qeyd edək ki, Forbs Jurnalı 60 vətəndaş cəmiyyəti və mikromaliyyə qurumu arasında ASA Holdinqi 2014 –cü ildə yoxsulluğun azaldılması istiqamətində fəaliyyətinə görə birinci yerə layiq görüb. Görüş ASA-nın fəaliyyəti ilə tanışlıq mərasimindən sonra başa çatıb. Daha sonra Umud Rəhimoğlu və BAMF-ın nümayəndələri Asiya ölkələrində yaxşı tanınmış, 160 ölkənin jurnalistlərini özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü, Boyşaki televiziyasının aparıcı şəxslərindən olan Bülbül Əhsən ilə faydalı müzakirələr aparıb.

Görüş zamanı media və telviziya işçilərinin qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğu xüsusi olaraq vurğulanıb. Bülbül Əhsən Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərin Asiya ölkələrində də tətbiqi üçün ikitərəfli münasibətlərin inkişafının önəmini qeyd edib. Daha sonra İctimai Təhsil naminə kompaniyanın yaranma ildönümünə həsr edilmiş ziyafətə qatılan Umud Rəhimoğlu 2015-ci il uşaqların müdafiəçisi, sülh fəalı Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyari ilə görüşüb. BAMF-ın fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının istiqamətləri haqda Kaylaş Satyariyə məlumat verən cənab Rəhimoğlu Nobel Sülh mükafatı laureatlarının dünyanın münaqişə ocaqlarının olduğu ölkələrə səfərlərinin vacibliyini qeyd edib və onu Azərbaycana dəvət edib.

Ziyafət zamanı Umud Rəhimoğlu Banqladeşin Ticarət naziri Tofail Əhməd, Maliyyə naziriliyinin daxili resurslar şöbəsinin müdiri M. Cəlil, Səhiyyə və Ailə planlaması nazirliyinin katibi Nasir Uddin, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətində razılıq əldə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...