Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib

15:09  |    27 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Yeni qəsəbəyə Beyləqan rayonu ərazisində məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bu məqsədlə rayon mədəniyyət evində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Avqustun 27-dən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.

Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 30 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin avqust ayında başlanılıb. Qəsəbədəki evlərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bundan başqa, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi də inşa edilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Qəsəbəni elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə yaxınlıqda yerləşən 35/10 kV-luq “Xocavənd” yarımstansiyasında genişləndirmə işləri aparılıb, 0,57 kilometr 35 kV-luq və 3,33 kilometr uzunluğunda 10 kV-luq yeni elektrik veriliş xətləri çəkilib. Qəsəbə ərazisində Mərkəzi Paylayıcı Qurğu binası tikilib, komplekt transformator məntəqəsi yaradılıb.

İçməli su təchizatı şəbəkəsi yaradılıb, 10,15 kilometr uzunluğunda su xətti çəkilib, iki ədəd 300 kubmetrlik su anbarı inşa edilib, iki ədəd artezian quyusu istismara verilib və digər zəruri tədbirlər görülüb. Ərazidə sahədaxili içməli su və yanğına qarşı su şəbəkəsi tikilib, 25 ədəd yanğın hidrantı quraşdırılıb.

Qəsəbəyə qaz xətti çəkilib, sosial obyektlərin istilik təchizatı üçün qazanxanalar tikilib. Ərazidə abadlıq işləri aparılıb, 7,47 kilometr uzunluğunda asfalt-beton yol-küçə şəbəkəsi, 1,7 kilometr uzunluğunda drenaj şəbəkəsi, 6 ədəd sanitariya-təmizləmə meydançası tikilib, 1,65 hektar sahədə yaşıllaşdırma işləri görülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU