Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Dmitri Medvedev Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

17:45  |    26 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESKO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir. Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb