Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6718

Digər sorğular

Gümrüdəki hərbi bazanın sabiq komandanı erməniləri ifşa etdi: “Qorxaqdırlar!..”

10:36  |    23 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Bu günlərdə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski verdiyi müsahibədə ermənilərin iş üzünü bir daha açıb.

Eyni zamanda ermənilərin 1-ci Qarabağ müharibəsində “qələbə”ni necə əldə etdiyinə işıq salıb. Hərçənd reallığı onsuz da hamı bilir.

“Yeni Müsavat” xəbər verir ki, Qarabağ müharibəsi zamanı hərbi xidməti ilə bağlı xatirələrindən danışan rus zabit deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları - ”YM") bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar".

Ardınca polkovnik ermənilərin qısa xarakteristikasını verib: “Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız? 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2020
Ermənilər Xocalı Soyqırımına görə məsuliyyəti üzərlərinə götürüblər - TARİX
28.02.2020
Atəşkəs yenə pozulub
27.02.2020
Roza Əliqızının Türkiyədə Qarabağ gerçəklikləri ilə bağlı silsilə tədbirləri davam edir
27.02.2020
“Rusiya mediasının yaydığı bu fotolar...” - Elman Məmmədov
27.02.2020
Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür