Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6719

Digər sorğular

Zaxarovadan Türkiyə və İdlib açıqlaması

23:38  |    22 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova mətbuat üçün keçirdiyi brifinqdə Türkiyə və İdlibdə baş verən proseslərə münasibət bildirib.

Avropa.info xəbər verir ki, Zaxarova Türkiyə tərəfi ilə təmasda olduqlarını bildirib.

“İdliblə bağlı əldə olunmuş bütün razılaşmalara bağlılığın vacib olduğunu düşünürük. Tərəflərin terrorçularla mübarizəni davam etdirmək, həm də mülki əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı maddələrə bağlı qalması vacibdir. Bi bu istiqamərdə türk tərəfi ilə Soçi prosesi çərçivəsində əməkdaşlığımızı davam etdiririk” – Zaxarova belə deyib.

Zaxarova İdlib və ətrafında təhlükəli gərginliyin olmasını müşahidə etdiklərini də bildirib:

“Bu gərginliyə nəyin səbəb olduğu açıqdır. Bunun səbəbi terrorçuların atəşkəs zonası və xaricində apardığı aqressiv hücumlardır”.

O, Soçi razılaşmasının şərtlərində Türkiyənin İdlibdə terrorçu qruplarla mülayim müxalif qüvvələri bir-birindən ayırmaq kimi öhdəliyinin olduğunu da xatırladıb. Lakin müqavilənin bu şərti icra olunmayıb. İdlib bu gün demək olar ki, bütünlüklə HTŞ və onunla birgə hərəkət edən qrupların nəzarətindədir.

Qeyd edək ki, Türkiyə hərbi əməliyyatların dayandırılması üçün çağırış edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2020
İdlibdə döyüşən TÜRK ƏSGƏRİ hər kəsdən XAHİŞ ETDİ: “Yapmayın bə, paylaşmayın!” – VİDEO
28.02.2020
Şəhid olan Türk əsgərlərini təxliyə etməyə qoymadılar - İdlibdəki hücumun bəzi təfərrüatları
28.02.2020
İran parlamenti fәaliyyәtini dayandırdı
28.02.2020
Putin və Ərdoğan danışdı: Hər iki tərəf hazırdır! - Video
28.02.2020
İddia: Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub - Video