Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Petrosyandan həmlə: rusofoblar Ermənistan XİN-i ələ keçirir

13:34  |    22 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanın Xarici İşlər Nazirliyində ciddi struktur və kadr dəyişiklikləri ola bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Ermənistanın səsi” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, tezliklə XİN-dəki peşəkarların Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın komandasından olan latent rusofoblarla əvəzlənməsi nəzərdə tutulur. Qəzet hazırda Ermənistan hakimiyyətində olan antirus qüvvələrə Vladimir Karapetyan, Levon Xaçatryan və Viktor Biyaqovun rəhbərlik etdiyini bildirib. Belə ki, bu qrupun üzvü olan Vladimir Karapetyanın (Paşinyanın mətbuat katibi – red.) tezliklə Ermənistan xarici işlər naziri təyin olunacağı, Biyaqovun isə XİN rəhbərinin müavini Şavarş Köçəryanı əvəzləyəcəyi və Rusiya ilə münasibətləri kurasiya edəcəyi vurğulanıb. Levon Xaçatryanın isə Sankt-Peterburqa baş konsul olaraq göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Biyaqov hazırda Ermənistanın KTMT-dəki Daimi Nümayəndəliyinin rəhbəridir, Xaçatryan isə Ermənistan xarici işlər nazirinin müşaviridir. Biyaqov həmçinin əvvəllər Ermənistan parlamentinin aparatının xarici əlaqələr idarəsinə rəhbərlik edib və Levon Ter-Petrosyanın həyat yoldaşının qohumudur. Xaçatryan isə əvvəllər Qazaxıstan, Gürcüstan və Qırğızıstanda səfir kimi çalışıb, 2008-ci ildə Petrosyana açıq dəstək verən üç səfirdən biri olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili