Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Texas Azərbaycanla bağlı qətnamələr qəbul etdi

14:00  |    02 İyun 2015  |   E-mail  |  Çapa göndər

Texas Ştatı Azərbaycanın Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən bir sıra digər ABŞ ştatlarına qoşulub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Texas ştatının Senatı və Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin) yaranmasının 97-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.

Hər iki Palatada yekdilliklə qəbul olunmuş bu qətnamələrdə, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun davamçısı olduğu qeyd edilib.

ABŞ-ın sadiq dost və tərəfdaşı və mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda sabit demokratik dövlət olduğu vurğulanıb. Azərbaycanın regional sabitliyinin qorunmasında müstəsna rolu qeyd edilib, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahələrində önəmli tərəfdaş olduğu vurğulanıb.

Həmçinin Bakı şəhəri ilə qardaşlaşmış olan Texasın Hyuston şəhərində yaşayan Azərbaycan icmasının bir çox sahədə, o cümlədən mədəniyyətlərarası anlaşma və mədəni müxtəlifliyə verdiyi töhfəsi qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Azərbaycanın Respublika Gününə həsr olunmuş ziyafət keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Rusiya erməni müxbiri deport edir – Qalmaqal
04.07.2020
Erməni terrorçu ABŞ prezidentini niyə öldürmək istəyib - Saakaşvilidən açıqlama
04.07.2020
Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü
04.07.2020
Koronavirus mutasiya nəticəsində aqressivləşib? - ÜST-dən açıqlama
04.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb - STATİSTİKA